16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu gün Vaqif Mustafazadənin doğum günüdür!

Bu gün Vaqif Mustafazadənin doğum günüdür!
Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazadənin doğum günüdür.
Bəstəkar 1940-cı il martın 16-da Bakıda anadan olub. Uşaq yaşlarında atasını itirən Vaqif musiqi müəllimi olan anasının himayəsində böyüyüb. O, 1957-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub, burada kiçik konsertlər verib, klublarda çıxış edərək, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib.
Bəstəkar 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
1969-1970-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrində pianoçu işləyib. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad Vaqif Mustafazadənin adı çəkilib. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdıb və növbəti konsertlərinə hazırlaşıb.
V.Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Bəstəkar Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. V. Mustafazadə Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanda peşəkar caz-muğam tərzində oxuyan ilk qadındır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görən və orijinal bir janr ortaya çıxaran "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkəsəndə qastrol zamanı 39 yaşında ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница