08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

28 FEVRAL

28 FEVRAL
1992-ci il. Azərbaycan ABŞ və Hindistan ilə diplomatik əlaqələr qurub.
1993-cü il. Erməni terrorçuları Şimali Qafqaz ərazisindəki Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarında partlayış törədiblər. Nəticədə 11 adam həlak olub, 18 nəfər yaralanıb.
1894-cü il. Xalq Artisti Mustafa Mərdanovun (1894-1968) doğum günüdür. O, “Bismillah”, “Hacı Qara”, “Sevil”, “Lətif”, “Bakılılar”, “Kəndlilər”, “Səbuhi”, “Qara daşlar”, “Görüş”, “Əhməd haradadır?” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. “O olmasın, bu olsun” filmindəki Həsən bəy rolu Mustafa Mərdanova böyük şöhrət gətirib.
2013-cü il. Roma Papası XVI Benedikt Müqəddəs Taxt-Tacdan könüllü imtina edib. O bəyan edib ki, yaşına və sağlamlıq durumundakı problemlərə görə vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilmədiyi üçün belə bir qərar qəbul edib. XVI Benedikt Müqəddəs Taxt-Tacdan imtina edəndən sonra ona istirahətə çıxmış ilk Roma Papası titulu verilib.
1986-cı il. İsveçin baş naziri Ulof Palme (1927-1986) odlu silahla öldürülüb. O, Stokholmun mərkəzində, Sveavegen küçəsində qətlə yetirilib. Həmin gün baş nazir axşamdan keçmiş xanımı Lisbed ilə “Qrand” kinoteatrından evinə qayıdırmış. Onların yanında cangüdənlər olmayıb, çünki U.Palme şəhərdə mühafizəçisiz gəzməyi sevirmiş. Cütlük Tunnelqatan küçəsi ilə dörd yol ağzına çatarkən bir kişi onlara yaxınlaşır və Palmeyə iki dəfə atəş açır. Üstü indiyədək açılmayan bu cinayət müasir İsveçin tarixində ən müəmmalı hadisələrdən biridir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница