16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Hərbi xidmətə çağırış yaşı 18-dən 20-ə QALDIRILA BİLƏR? - CAVAB

Hərbi xidmətə çağırış yaşı 18-dən 20-ə QALDIRILA BİLƏR? - CAVAB
Azərbaycanda bütün əmək qabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir. Bu gün hərbi çağırış yaşının 20-ə qaldırılmasını təklif edilir. Bəs bu yaş 18-dən 20-ə qaldırıla bilərmi?


Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli Sonxeber.az-a açıqlama verib:


"Əsgərlik yaşının yuxarı qaldırılması inandırıcı deyil. Çünki dünyanın bütün ölkəllərində hərbi xidmətə çağırış yaşı 18 nəzərdə tutulub. Bu yaşın 20-ə qaldırılmasının heç bir mənası yoxdur. Ona görə də indiki məqamda bu yaşın 20-ə qaldırılması doğru olmaz.


Məktəbdən sonra hər hansısa işlə məşğul olan gənc 20 yaşında hərbi xidmətə yollansa, qayıtdıqdan sonra yenidən işlə məşğul olması bir qədər çətin məsələdir. Bütün dünyada oğlanlar məktəb bitdikdən sonra (ali məktəbə qəbul olmursa) hərbi xidmətə aparılır. Daha sonra isə öz həyatlarına davam edirlər. Sadəcə səfərbərvərlik halında yenidən hərbi xidmətə qayıdırlar. Hesab edirəm ki, hərbi xidmətə çağırış yaşının 18-dən 20-ə qaldırılması düzgün deyil. Bu halın baş tutacağını gözləmirəm".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница