Воскресенье
май 29

Dünyanın 5484 illik ən yaşlı ağacı - FOTO

"Great Grandfather" adlanan pataqoniya sərvi 5484 illik ömrü ilə dünyanın ən yaşlı ağacı hesab olunur.


Bu barədə Çilidən olan alimlər açıqlama veriblər. Onların sözlərinə görə, gövdəsinin diametri 4 metr olan iynəyarpaqlı ağac əvvəlki rekordçunu 600 ildən çox qabaqlayır.


Parisdəki İqlim və Ətraf Mühit Elmləri Laboratoriyasından Dr.Conatan Bariçiviç 2020-ci ildə ağacın gövdəsindən nümunə götürüb. O, yaşı daha dəqiq qiymətləndirmək - ətraf mühit faktorlarını və təsadüfi dəyişmələri nəzərə almaq üçün kompüter modelindən istifadə edib.


Alim hələ ağac halqalarının tam hesabını aparmadığından, tədqiqatın nəticələri rəsmi olaraq dərc edilməyib. Tapıntıları təsdiqlənərsə, sərv Kaliforniyadakı 4853 yaşlı Mafusail şamını keçəcək.


Pataqon sərvinin vətəni Çili və Argentinadır. Ağac nəhəng sekvoyalarla eyni ailəyə aiddir. O, çox yavaş böyüyür və 45 metrə qədər hündürlüyə çata bilər.(oxu.az)

Комментарии (0)

Оставить комментарий