08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Ekspert avtomobilin qışda qarajda saxlanmasının əsas təhlükəsini açıqladı

Ekspert avtomobilin qışda qarajda saxlanmasının əsas təhlükəsini açıqladı

Bir çox avtomobil sahibləri hesab edirlər ki, maşını qışda qarajda saxlamaq onu pis havadan və aşağı temperaturdan qorumağın ən yaxşı yoludur. Lakin bu yanaşma gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Oxu.Az-ın "Ridus"a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtoekspert Dmitri Popov xəbərdarlıq edib.

Onun sözlərinə görə, qışda maşını qarajda saxlamağın əsas təhlükəsi korroziya proseslərinin sürətlənməsidir.

"Bunun səbəbi avtomobilin şaxtadan isti qaraja daxil olanda (və ya əksinə) yaranan kəskin temperatur dəyişiklikləridir. Əgər sürücü maşından aktiv istifadə edirsə, qışda gecə üçün qaraja qoymaması tövsiyə olunur. Avtomobili şaxtada saxlamaq daha yaxşıdır, çünki mənfi temperaturlarda kimyəvi proseslər daha ləng gedir", - deyə ekspert qeyd edib.

Popov, həmçinin mövsüm dəyişəndə avtomobilin lak-boya örtüyünə qoruyucu mum çəkməyi məsləhət görüb.

"Bu, istismarı bir qədər bahalı etsə də, mum kuzanı təkərlərin altından çıxan və lak-boya örtüyünü dağıdan duzdan, qum dənələrindən qoruyacaq", - deyə o, sözlərini yekunlaşdırıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница