16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi

Mühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi

Avtomobilin müntəzəm texniki xidməti zəruri, lakin bahalı prosedurdur. Bir çox avtomobil sahibləri mühərrikə zərər vermədən necə qənaət etmək barədə düşünürlər. Xərcli işlərdən biri mühərrik yağının dəyişdirilməsidir. Bir çoxları bahalı sintetik yağı daha ucuz mineral yağla əvəzləməyi seçir. Bəs bu, avtomobilə ziyan vermir?

May.Az-ın "Rosiyskaya Qazeta"ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov bununla bağlı tövsiyələrini verib.

Onun sözlərinə görə, mühərrikə məhz avtomobil istehsalçısının tövsiyə etdiyi yağı tökmək lazımdır.

"Reqlamentə ciddi riayət etmək lazımdır, burada heç bir eksperiment olmamalıdır", - deyə o bildirib.

Ekspert həmçinin iqlim şəraitinin nəzərə alınmasının vacibliyini xatırladıb.

"Əgər istehsalçı mineral yağdan istifadəyə icazə verirsə və sizin bölgədə mənfi 25 dərəcədən aşağı şaxta olmursa, keçid mümkündür. Bütün digər hallarda qənaət etməmək daha yaxşıdır" , - deyə o əlavə edib.

Mütəxəssis yağ növünü dəyişdirərkən sistemi tam yumağın və filtri dəyişdirməyin zəruri olduğunu vurğulayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница