30
января
2024
10:09
Axşam spirtli içki qəbul edən sürücüyə səhər cərimə yazıla bilərmi?
Son günlər Dövlət Yol Polisi Xidmətinin əməkdaşlarının səhər reydlərinin sayı artıb.
“Operativ Media” xəbər verir ki, adətən sərxoş sürücülərin aşkar olunması gecə saatlarında təşkil olunan reydlərlə həyata keçirilirdisə, indi indi bu reydləri xüsusilə istirahət günlərində səhər saatlarında görmək mümkündür.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, burada məqsəd gecə spirtli içki qəbul edən sürücüləri aşkarlamaqdır. Lakin bəzi hallarda DYP əməkdaşları özləri də qanunu pozurlar.
Eldəniz Cəfərov deyir ki, son zamanlarda sürücülərdən kifayət qədər narazılıq müraciətləri ünvanlanır. Onun sözlərinə görə xüsusilə Nərimanov rayon ərazisindən daha çox şikayət gəlir.
“Əhməd Rəcəbli küçəsində yaşayan sakinlər qeyd edir ki, hətta məhəlləyə qonaq gələnləri belə əsassız yoxlayırlar. Nəqliyyat vasitəsini idarə edən sürücünün sərxoşluq vəziyyətini müəyyən etmək üçün əsaslar olmalıdır. Əksər hallarda heç bir əsas olmadan sürücülər saxlanır. Reydlər təşkil olunanda DYP tərəfindən aktlaşdırılmış həyata keçirir. Amma hər hansısa DYP əməkdaşının gecə və ya səhər saatlarında özbaşına reyd təşkil etməsi qanunsuzdur.” -deyə ekspert qeyd edib.
Bununla yanaşı bədəndə spirt olmaqla sərxoş olmaq ifadələri də fərqlidir. Eldəniz Cəfərov bildirir ki, qanda və bədəndə spirtin promiliyasıyı fərqlidir: Qanda 0,3 promili keçməməlidir, nəfəsdə 0.16 promili keçməməlidir.
Tibbi cəhətdən isə sərxoşluq vəziyyəti 5 kateqoriya üzrə bölünür:
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə deyir ki, sürücü saxlanıb, sərxoşluğu yoxlanan zaman əgər o bundan imtina edirsə, qanuna uyğun formada sərxoş hesab edilir. İstəsə, yol patrul əməkdaşları yerində də yoxlaya bilər, əgər sürücü bundan da imtina etsə, sərxoşluğun ekspertizası mərkəzində də bu, mümkündür. 'Kimsə spritli içkinin təsiri altında özünü rahat hiss edirsə, bu nəqliyyat vasitəsi idarə etməsi üçün əsas ola bilməz. Qanunun tələbi budur ki, spirtli içkinin təsiri altinda olan şəxsin qanında 0,3 promil varsa, o sərxoşdur". -deyə Araz Əsgərli bildirib.
Xatırladaq ki, sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə oluna bilər.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qanunvericilikdə sərxoş halda nəqliyyat vasitələrini idarə edən şəxslərin müəyyənləşdirilməsinin konkret qaydalarının olduğunu bildirib:
“Sərxoşluğun müəyyənləşdirilməsinin metodları var. Bunun üçün xüsusi sertifikatı olan cihazlardan istifadə olunur. Eyni zamanda, sərxoşluğun müəyyənləşdirilməsi üçün şübhəli sürücü həkim müayinəsinə aparıla bilər. Burada konkret olaraq göstərilir ki, sürücüdə 0,3 və daha artıq promil spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Saat, dəqiqə məsələsi yoxdur. Kimsə axşam bir litr spirtli içki qəbul edirsə, sabah günorta, hətta axşam saatlarında onun orqanizmində 0,3 promil spirt aşkarlana bilər. Yəni burada vaxt məsələsi əsas deyil".

- Normal sərxoşluq səviyyəsi - 0.18 və 0.4 promil arası.(Ölkə qanunvericiliyinə əsasən inzibati xəta sayılır)
- Yüngü sərxoşluq səviyyəsi: 1 və 1,9 promil arası
- Orta sərxoşluq səviyyəsi: 2 və 2,9 promil arası
- Ağır sərxoşluq səviyyəsi: 3 və 4 promil arası
- Kliniki ağır sərxoşluq səviyyəsi: 4 promil üzəri