05
марта
2023
15:03
Hamiləliyin 6-cı həftəsi
Körpə sürətlə inkişaf etməyə davam edir, xanımlar artıq hamilə olduğunu anlayır.
Hamiləliyin 6-cı həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 6-cı həftəsində döl yumurtası 25 mm, dölün ölçüsü isə 6 mm-dir. Orqanların inkişafı davam edir.
Beyin formalaşmağa başlayır. Sinir sisteminin sürətlə inkişaf etməsi nəticəsində 6-7 həftəlik körpə, çox kiçik olmasına baxmayaraq, ətraf mühitə reaksiya göstərə bilir.
6 həftədə əl və ayaqlarda inkişaf edir. Hələ ki, bu yalnız təməlidir, lakin tezliklə siz bu şirin əl-ayaqları öpməyə başlayacaqsınız.
Hamiləliyin 6-cı həftəsində üz cizgiləri formalaşmağa başlayır. Gələcək gözlərin yerində çuxurlar əmələ gəlir, qulaq və burun nahiyyəsində isə çıxıntılar. Bu hələki təbiət əsərinin başlanğıc mərhələsidir.
Bilməniz faydalıdır
Orqanların inkişafı davam edir – ağ ciyər, sümük iliyi, dalağın təməli qoyulur. Çox cüzi xarıcı cinsiyyət orqanlarını görmək olar. Bir müddət sonra artıq anlayacaqsınız qızınızın və ya oğlunuzun doğulacağını.
6-7 həftəlik hamiləlik zamanı həzm sisteminin differensiasiyası baş verir. Qida borusu formalaşır, borunun aşağı hissəsində genişlənmə - gələcək mədə əmələ gəlir.
6-cı həftədə - qan rüşeymin orqanizmində sirkulyasiya etməyə başlayır. Bu həftənin ən gözəl anlarından biri ürək döyüntüsünün başlanğıcıdır. Körpənin ürəyi, böyük adamların ürəyindən 2 dəfə tez çırpınır, dəqiqədə təxminən 140-150 dəfə.
Hamiləliyin 6-cı həftəsi: anada hansı dəyişikliklər baş verir?
6-cı həfətədə ananın orqanizmində güclü hormonal dəyişikliklər baş verir. Əksər hallarda xanımlar artıq hamilə olduğunu anlayır, çünki aybaşının gecikməsindən əlavə bir çox yeni əlamətlər yaranır. Bir qayda olaraq, bu müddətdə qadınlar artıq hamiləlik testini (bəlkə də bir neçəsini) ediblər. Çoxları hamiləliyi USM zamanı təsdiq ediblər və artıq mütəxəssisə müraciət ediblər.
Bilməniz vacibdir!
Hamilə olduğunuz zaman testlər 100% müsbət nəticə göstərəcək. Lakin aybaşının gecikdiyi zaman testlər mənfi cavab göstərirsə, mütləq mütəxəssisə müraciət edin. Hamiləliyin bütün əlamətləri olduğu zaman mənfi testlər, orqanizmdəki ciddi fəsadlardan xəbər verə bilər və ya hamiləliyin patologiyasından.
Hamiləliyin 6-cı həftəsində yorğunluq hissləri tez-tez əhval yüksəkliyi ilə əvəz olunur. Qadınlar yuxulu ola bilər, tez yorulur. Bu əlamətlər iş fəaliyyətinə və gündəlik həyat tərzinə təsir göstərir. Digər xanımlarda gücün artması və əhval yüksəlişi müşahidə olunur.
Dəyişikliklər iştaha da təsir edir, həm arta, həm də azala bilər. Hamiləlik zamanı toksikozu olmayan xanımlarda adətən iştahın artması müşahidə olunur. İştahınız daima yüksəkdirsə, yadda saxlayın ki, hamiləliyin normal keçməsi və körpənin inkişafı üçün faydalı qidalar qəbul edilməlidir. Artıq çəki hamiləliyinizin son aylarında halınıza mənfi təsir edə bilər, hamiləliyin gedişatını ağırlaşdıra bilər.
Müəyyən qidaya istək, qoxulara qarşı yüksək həssaslıq yaranır.
Xanımlarda növbəti əlamətlər müşahidə olunur: süd vəzilərinin şişməsi, ağırlaşması və ağrıması. Çox qadınlarda gilələr tündləşir, qarın nahiyəsində göbəkdən aşağı hissəyə kimi tünd xətt (linea alba) müşahidə olunur. Bunlar hormonal dəyişikliklərin əlamətləridir, doğuşdan sonra keçir.
Zamanla qarın nahiyyəsində sancı hissləri olur.
Bilməniz faydalıdır
Bu müdddətdə sidik ifrazatı arta bilər. Bu uşaqlığın genişlənməsi ilə əlaqəlidir. Xarci görünüşdən bilinməsədə, o sidik kisəsinə təsir edəcək dərəcədə böyüyüb.
Bağırsağın isə, əksinə, fəaliyyəti azalır. Bu erkən dövrlərdə qəbzliyə səbəb olur. Buna əsas səbəb hamiləliyin hormonu – progesteronun təsiri olmasıdır.
Baş ağrıları, ürəkbulanma, yüksək tüpürcək ifrazı hamiləliyin toksikozu əlamətləridir. Lakin bir çox xöşbəxt xanımlarda toksikoz olmur. Maraqlıdır ki, hər bir hamiləlik unikaldır. Ilk hamiləlik zamanı sizdə toksikoz varsa, növbəti hamiləlik zamanı o ümumiyyətlə olmaya bilər. Yəqin ki, bu bilik sizi sakitləşdirə bilər.
Bilməniz faydalıdır
Lakin hər 3-cü xanımdan birində heç bir əlamətlər olmur. Gələcək ana hətta təəcüblənir əlamətlərin olmadığına görə. Narahat olmayın, bu tamamilə normal haldır.
Qarın görünüşcə dəyişilməyib. Bu təbii haldır, çünki dölün ölçüləri hələki çox kiçikdir və uşaqlıq çox böyüməyib. Əgər bəzi xanımlar qarnın böyüdüyünü hiss edirsə, bel nahiyyəsində paltarlar dar gəlirsə, buna səbəb bağırsaqda yığılan köpdür. Yeri gəlmişkən, bağırsağın fəaliyyətiylə qarındakı hissiyyatlar əlaqəlidir, bunu da xanımlar səhvən körpənin tərpənişi kimi qeydə alırlar. Həqiqi tərpəniş üçün hələ ki, çox tezdir.
Bu müddətdə USM hamiləliyi 100% təsdiq edir. USM dölün ölçülərini təyin edir, dölün inkişafını qiymətləndirməyə, uşaqlığa birləşdiyi yeri və uşaqlığın tonusunu ölçməyə kömək edir. Bundan əlavə körpənin ürək döyüntüləri dəqiq qeyd olunur. Əgər qarın nahiyyəsində xoşagəlməz hisslər yaranırsa USM onun səbəbini aşkar etməyə kömək edir.
Lakin, buna tibbi göstəriş yoxdursa, tez-tez USM etmək məsləhətli deyil. USM-in körpə üçün təhlükəsiz olduğu qeyd olunsa da, ananın da körpəsini tez tez görmək istəyi olsa belə təbii prosessin öz axarında getməsi məsləhətdir.