Hamiləliyin 11-ci həftəsi
Qadın dünyası 170

Hamiləliyin 11-ci həftəsi

Hamiləliyin 11-ci həftəsi
Ilk 3 ay sona yaxınlaşır. Döl sürətlə inkişaf etməyə davam edir. Bütün orqanlar formalaşıb, qalan aylarda daha da böyüyüb, mükəmmələşəcəklər. Bu müddətdə qadınlar psixoloji cəhətdən daha sakit olur. 11-ci həftədə baş verən dəyişikliklərə daha ətraflı nəzər yetirək.

Dölün inkişafı
Körpə böyüyür. Uzunluğu 5-6 sm-dir, çəkisi 8 q-dır. Hamiləliyin 11-ci həftəsində dölün böyük başı, nazik əl ayaqları, ayaqlardan uzun əlləri var. Ayaqlarda barmaqlar arası pərdə yox olur.Əl barmaqlarında fərdi xəttlər formalaşır.

Hamiləliyin 11-ci həftəsində körpənin üzü dəyişir. Qığırdaq toxumasından qulaq seyvanı, gözün rəngini bildirən qüzeyli qişa əmələ gəlir. Kipriklər və qaşlar formalaşır.

Dölün inkişafı beynin həcminin artması və strukturunun mürəkkəbləşməsi ilə baş verir. Onun əsas hissələri artıq formalaşıb. 11-ci həftədə hər gün çoxlu sayda sinir hüceyrələri əmələ gəlir. İnkişaf edən dad hissiyyatı körpəyə amniotik mayenin dadını təyin etməyə imkan yaradır.
Hamiləliyin 11-ci həftəsində ürək-damar sisteminin inkişafı davam edir. Körpənin ürəyi yorulmadan çırpınır, yeni damarlar əmələ gəlir.
Həzm sistemi mürəkkəbləşir. Hamiləliyin 11-ci həftəsində qaraciyər qarın boşluğunun çox hissəsini əhatə edir, onun çəkisi körpənin ümumi çəkisinin 1/10 hissəsini təşkil edir. Öd kisəsi öd ifraz etməyə başlayır.

Hamiləliyin 11-ci həftəsində böyrəklərdə sidik əmələ gəlməyə başlayır, o, amniotik maddəyə keçir və plasenta vasitəsi ilə ananın orqanizmindən xaric olur.

Sümük toxuması  hələ ki, qığırdaqdan ibarətdir. Süd dişlərinin kökü formalaşır.
Xarıcı cinsiyyət orqanları formalaşır. Artıq 11-ci həftədə körpənin cinsiyyətini müəyyən etmək olur. Lakin, bu hələki təxmini nəticədir.
Qan hüceyrələri yaranır, hələ ki, bu yalnız eritrositlərdir. Körpənin səs telləri formalaşır.
Hamiləliyin 11-ci həftəsində körpədə aktiv şəkildə əzələlər inkişaf edir, buna görə də körpənin bədəni möhkəmlənir. Bu müddətdə körpə əlləriylə tutmaq hərəkətləri edir, başını əyə bilir. Döş qəfəsini qarın boşluğundan ayıran diafraqma formalaşır. 11-12 həftədə körpənin hıçqırıqları ola bilər, lakin o, çox balaca olduğuna görə, ana bunu hiss etmir.

Gələcək ananın hissiyyatları
Görünüşcə qadınlarda hələ ki, dəyişikliklər olmur. Qarın bilinmir və ya ətrafdakılar cüzi dəyişdiyini görür. Düzdür artıq 11-ci həftədə qadınlar dar geyimlərin narahat olduğundan şikayətlənir, əsasən də axşama doğru. Qarın nəinki böyüyən uşaqlığa görə şişir, həmçinin bağırsaq köpünə görə, çünki bu müddətdə qadınları qəbz halları narahat edir.
11-ci həftənin ən gözəl anlarından biri toksikozun azalması və ya tamamilə yox olmasıdır. Səhərlər ürək bulantıları artıq narahat etmir, qusma halları olmur. Bəzən xoşagəlməz hallar qalır, məsələn iki uşağa hamilə olanda, lakin bir az dözmək lazımdır, çünki bunlarda tezliklə keçir.

Bilməniz faydalıdır
Ekizlərə hamiləsinizsə xarici görünüşdən qarında dəyişikliklər bilinir. Məlum məsələdir ki, çoxdöllü hamiləliy zamanı uşaqlığın ölçüsü adı hamiləliyə nisbətən daha böyükdür.

Hamiləliyin 11-12 həftələrində qadınların çoxsu uşağın tərpənişini hiss etmək üçün səbirsizlənirlər. Bəzi hallarda qarındakı hissiyatları körpənin tərpənişi ilə səhv salırlar. Lakin dölün inkişafı tərpənişini hiss edəcək dərəcəyə hələ ki, çatmayıb. Bu həyəcanlı ana hələ 5-7 həftə var.
Süd vəziləri böyüyür, giləətrafı dəri tündləşə bilər. Süd vəzilərinin həssaslığı artır. Gilədən şəffaf maye axa bilər. Orqanizm bu yolla laktasiyaya hazırlaşır. 

Məsləhət
Bəzən qida qəbulundan sonra analarda yanma hissi, qıcqırma ola bilər. Bu zaman tez-tez, lakin az miqdarda, qida qəbulu tövsiyyə olunur.
Hamiləliyin 11-ci həftəsində cinsiyyət orqanlarından ifrazatlar axa bilər. Onlar az miqdarda, şəffafdırsa narahat olmağa dəyməz. Lakin çox miqdarda, qoxulu, qan qatışığı ilə  axarsa və qarının aşağı nahiyyəsində ağrılarla müşahidə olunarsa mütəxxəsisə müraciət edilməlidir.

Hamiləliyin 11-ci həftəsində nə baş verir?
Əgər əvvələr bunları etməyiblərsə qadınlar bu müddətdə pis vərdişlərdən uzaq durmalıdır. Qadınlara maksimum müsbət enerji tövsiyyə olunur, buna görə də hamiləliyin 11-12-ci həftələri  hansısa xoş bir işlə məşqul olmaq üçün ən gözəl andır, məsələn özünüzə və körpənizə geyimlər alın, analıqla əlaqəli kitablar oxuyun və ya ürəyinizcə olan başqa işlər görün.

Bilməniz vacibdir!
Xanımlar qeydiyyata durmayıblarsa, bunu tezliklə etməlidirlər, doğum həkiminizi seçərək onun qeydiyyatında olmanızı tövsiyyə edirik,çünki dölün inkişafı mütəxəssisin nəzarəti altında keçməlidir.
Hamiləliyin 11-ci həftəsində və gələcək həftələrdə analara açıq havada daha çox vaxt keçirmək, yoga, üzgüçülük, xüsusi gimnastikayla məşqul olmaq tövsiyyə olunur.

Oxşar xəbərlər

Son xəbərlər