Hamiləliyin 7-ci həftəsi
Qadın dünyası 186

Hamiləliyin 7-ci həftəsi

Hamiləliyin 7-ci hestasiya həftəsindən başlayaraq rüşeymin ölçüsü 5-13 mm-dir. Bədən ölçüləri yenidoğulmuşun ölçülərindən hələki çox fərqlidir – baş bədənə görə çox böyükdür və sinəyə tərəf istiqamətlənib. Buna baxmayaraq döl artıq balaca insana bənzəyir.

Hamiləliyin 7-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Demək olarki bütün orqanlar formalaşıb, endokrin və sinir sistemindən başqa. Beyinin inkişafı davam edir – o iki yarımkürəciyə bölünür. Başla bədən arasında boyun görsənir, əl və ayaqlar böyüyür. Barmaqlar daha aydın görsənir, lakin hələdə aralarında pərdə var. Bu dövrdə ürəyin quruluşu mürəkkəbləşir – o kameralara bölünməyə başlayır. Həmçinin cinsiyyət orqanları inkişaf edir. 
7-ci həftədə uzdə çənə formalaşır, dodaq görünür. Gözləri aydın görmək olur, onlar başın yan tərəfində yerləşir və göz qapağı ilə örtülür.

Bilməniz vacibdir!
Hamiləliyin 7-8-ci həftələrində plasenta sürətlə inkişaf edir, onun damarları formalaşır. Bü müddətdə plasenta ətraf mühitin zərər verici amillərinə yüksək həssaslıqla reaksiya verir. Sağlamlığınıza bu həftələrdə diqqət yetirin ,çünki bundan sizin körpənizin həyatı aslıdır.

Hamiləliyin 7-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 7-ci həftəsində gələcək ananın hamilə olduğunu ətrafdakılar hələki anlamır. Lakin qadının özü bunu bütövliklə hiss edir. Orqanizmdə yeni simptomlar və hissiyatlar yaranır. Hormonal dəyişikliklərin nəticəsində bədəndə qadına məxsus yumrulaşma baş verir, süd vəzilərinin ölçüsü böyüyür. Hamiləliyin əlamətləri kimi üzdə və boyun nahiyəsində pigment ləkələr əmələ gəlir.

Bəzən burun tutulması olur (soyuqdəymənin başqa əlamətləri olmadığı halda).
Hamiləliyin 7-ci həftəsində yeni dad dəyişiklikləri sizi narahat etməsin. Çox güman ki, gələcək ata sizin qastronomik istəklərinizi yerinə yetirməkdən zövq alacaq. Ənənəvi olaraq hesab olunur ki, qadınların ürəkləri bu dövrdə duzlu yeməklər istəyir. Lakin çoxları şirniyyatları yeməyə başlayır. Ehtiyyatlı olun – bu sizin çəkinizi artıra bilər, hansı ki,  arzuolunmazdır.

Bilməniz faydalıdır
Hamiləliyin 7-8-ci həftələrində ən çox rast gəlinən əlamətlər – yüksək yorğunluq, yuxusuzluq, ağlamaq hissi və həssaslıqdır. Bu əlamətlərə əsasən ətrafdakılar sizə hamilə olduğunuzu deyir, qarınınızın hələki düz olmasına baxmayaraq. Küçədə gördüyünüz körpəyə baxıb, filmləri seyr edib ağlaya bilərsiz və ya hansısa önəmsiz söz xətrinizə dəyə bilər.

Məsləhət
Hamiləliyin 7-ci həftəsində baş verən toksikoz halları (iştahın pozulması, ürəkbulanma, ishal, qaytarma) bu gözəl dövrə xoşagəlməz hisslər qatır. Yadda saxlayın ki, bunlar müvəqqəti hisslərdir və onların olmaması üçün tədbir görülməlidir.
Lakin bir çox xanımlarda bu müddətdə toksikoz olmur.  Əgər siz onlardansınızsa hesab edin ki, bəxtiniz gətirib, lakin bu hallar növbəti həftələrdə də ola bilər.

Beldə cüzi ağrılar ola bilər və ya qarın nahiyəsində xoşagəlməz hisslər. Hamiləliyin 7-ci həftəsində vaginadan ifrazatlar axa bilər, normada rəngsiz, qoxusuz və az miqdarda. Əgər ifrazatlar çox gəlirsə, ağ, yaşıl və ya çəhrayi rəngdədirsə, qarında ağrılı hisslər ilə müşahidə olunursa, dərhal mütəxəssisə müraciət edin. Bunlar kandidozun, iltihabi prosesin və ya düşmə riskinin əlamətləri ola bilər.
Bəzi xanımlar, hamiləliyin 7-ci həftəsində, özlərini daha gumrah hiss edirlər, onlarda yaradıcılığa, əl işlərinə tələbat yaranır. Həmçinin heç bir yenilik hiss etməyən xanımlar da var, buna görədə hamilə olduqlarına sonunadək inanmırlar. Nəinsə yalnış olduğunu düşünməyin, çünki hər bir hamiləlik unikaldır.

Bu dövrdə mütəxəssis təyin etməyibsə USM-ə heç bir ehtiyac yoxdur. Daha öncə USM etmədiyiniz təqdirdə və ya təkrar müayinəyə əsaslı səbəb olduqda, sizə müayinəni indi (hamiləliyin 7-ci həftəsində) etmək tövsiyyə olunacaq. Dölün inkişafını, ölçülərini, uşaqlığa bitişdiyi yeri, ürəkdöyüntüsünü, uşaqlığın tonus vəziyyətini – bunların hamısını USM vasitəsi ilə qiymətləndirmək mümkündür.

Məsləhət
Daha çox təmiz havada gəzin, vitaminlər qəbul edin, düzgün qidalanın və yaxşı istirahət edin – sizin pozitiv halınız hamiləliyin sağlam keçməsi üçün və dölün inkişafı üçün çox önəmlidir.

Oxşar xəbərlər

Son xəbərlər