"ChatGPT" hər sorğuya 64 litr su sərf edir?

"ChatGPT" hər sorğuya 64 litr su sərf edir?
0
Dünya
Yayınlanma tarihi: Вчера, 18:08

"OpenAİ"nin CEO-su Sem Altman Hindistanda keçirilən “The Indian Express” tədbirində süni intellektin ətraf mühitə təsiri ilə bağlı müzakirələrə münasibət bildirib.

May.az xəbər verir ki, böyük süni intellekt sammitində çıxış edən Altman "ChatGPT"nin yüksək miqdarda su istehlak etməsi ilə bağlı yayılan iddiaların doğru olmadığını deyib. Onun sözlərinə görə, internetdə paylaşılan “hər sorğuya təxminən 64 litr su sərf olunur” kimi məlumatlar qeyri-dəqiqdir.

Altman qeyd edib ki, bu cür hesablamalar vaxtilə məlumat mərkəzlərində istifadə olunan, hazırda isə tətbiq edilməyən buxarlandırıcı soyutma sistemlərinə əsaslanır.

O, su istehlakı ilə bağlı iddiaları təkzib etsə də, süni intellekt sistemlərinin artan enerji tələbatının ciddi müzakirə mövzusu olduğunu etiraf edib. Altman bildirib ki, süni intellekt texnologiyalarının geniş yayılması enerji ehtiyacını artırır və bu səbəbdən nüvə enerjisinə keçid sürətləndirilməli, həmçinin külək və günəş kimi bərpa olunan enerji mənbələrinə investisiyalar artırılmalıdır.

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!