05
марта
2023
15:01
Hamiləliyin 4-cü həftəsi
Hamiləliyin 4-cü həftəsində mayalanmış yumurta hüceyrənin implantasiyası baş verir. Bu daha tez baş verə bilər – aybaşı siklinin müddətindən asılıdır və hər qadın üçün fərdidir. Kiçik bir hüceyrənin yetkin dölə çevrilməsi başlayır. Bu həftədə rüşeymin orqanlarının təməli qoyulur.
Hamiləliyin 4-cü həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Dölün inkişafı
Gələcək körpənin ölçüsü bu müddətdə yalnız 1 mm-dir. Onun bədəni 3 rüşeym vərəqələrindən ibarətdir – ektoderm, mezoderm və endodermdən. Hər bir vərəqə gələcəkdə müxtəlif orqanların təməlini qoyur. Beləliklə xarici qatdan (ektodermdən) dəri, dişlər, saçlar və dırnaqlar əmələ gəlir. Sinir sisteminin təməlidə ektodermdən götürülür. Orta vərəqədən xordanın– gələcəkdə onurğa sütunun, təməli qoyulur. Bundan əlavə, orta vərəqədə əzələ, qan damarları, cinsiyyət orqanları, ifrazat orqanlarının əsası qoyulur. Daxili vərəqənin hüceyrələrindən gələcəkdə qida borusu, ağciyər, qaraciyər, mədəaltı vəzi əmələ gəlir.
Dölün inkişafı çox sürətlə baş verir. İnanılmazdır, lakin 4-5 həfətlik körpənin artıq başı və göz çuxurları, xirda qolu və ayaqları mövcuddur.
Rüşeymdən əlavə, yeganə hüceyrədən rüşeym xarici orqanlar yaranır. Bunlar xorion – xovlu kisə, hansıki gələcəkdə ciftə çevriləcək, amnion – gələcəkdə körpəni qoruyan döl kisəsi və sarı cism kisəsi, hansında kı qida maddələri yerləşir.
4-cü həftədə qan-damar sisitemi tam inkişaf etməyib, lakin körpəni oksigenlə təchiz edə bilir.
Hamiləliyin 4-cü həftəsi: anada hansı dəyişikliklər baş verir?
4-cü həftədə hamiləliyin ilkin əlamətləri müşahidə olunur: əhval dəyişikliyi, yuxusuzluq, yorğunluq hissi.
Dad dəyişiklikləri kimi əlamətlər, iştahın artıb azalması daha erkən baş verə bilər. Qadınların çoxu bu əlamətləri aybaşı öncəsi simptomlarla səhv salır.
Süd vəziləri bərkiyir və daha həssas olur.
Bilməniz faydalıdır
Hamiləliyin 4-cü həftəsində iç geyimində qan ləkələri müşahidə oluna bilər. Çoxları bunu yeni başlayacaq aybaşıyla səhv salır. Lakin bu implantasiya qanaxmasıdır – uşaqlığın selikli qişasına dölün daxil olması nəticəsində axan qan. Bu qisamüddətli, az miqdarda qanaxmadır.
Bəzən qarının aşağı nahiyəsində xoşagəlməz ağrılar yaranır. Belə hallar daha çox aybaşı öncəsi ağrıları olan qadınlarda müşahidə olunur.
Belə əlamətlərə diqqətlə yanaşmaq lazımdır – qarındakı bu ağrılar dölün inkişafında yaranan hansısa problemdən xəbər verə bilər. Yaxşı olar ki, vaxtında mütəxəssisə müraciət edilsin.
Bilməniz vacibdir!
Bir çox xanımlarda hamiləliyin 4-cü həftəsində heç bir əlamətlər olmur və bu da normal haldır.
Hamiləliyin 4-5 həftəsində qadınlar aybaşı gecikməsindən şübhələnərək hamilə olduğunu anlaya bilirlər. Hətta bir günlük gecikmə olsa da testlər müsbət nəticə göstərəcək. Test, sidikdə xorionik qonadotropini (XQ) aşkar edir. Bu üsulun dəqiqliyi çox yüksəkdir – 98%. Aybaşı gecikməsi varsa və testlər mənfi nəticə göstərirsə, deməli siz ya hamilə deyilsiniz, ya da 2% -ə aidsizniz, hansılarda ki, hamiləliyin 4-cü həftəsində qanda az miqdarda XQ var. Nəticənin mənfi, lakin hamiləliyin əlamətlərinin olduğu halda, testi bir neçə gün sonra (XQ nin miqdarı qanda artdığı zaman) təkrarlamaq tövsiyyə olunur.
Testin mənfi nəticəsinin daha bir səbəbi – düzgün şəkildə keçirilməməsidir. Ona görədə testi istifadə etməzdən əvvəl təlimatları diqqətlə oxuyun.
Aybaşı vaxtından keçibsə və testlər müsbət nəticə göstərirsə, sizi təbrik etmək olar: hamiləsiniz. Sizin oqranizminizdə möcüzəvi hal baş verir, yeni insanın yaradılışı, hansı ki, sizə əvvəllər sahib olmadığınız xöşbəxtliyi bəxş edəcək, həyatınıza rəng qatacaq və ailənizi daha da möhkəm edəcək!