Hamiləliyin 9-cu həftəsi
Qadın dünyası 225

Hamiləliyin 9-cu həftəsi

Hamiləliyin 9-cu həftəsi
9-cu həftə hamiləliyin 3 -cü ayına təsadüf edir. Körpə sürətlə inkişaf etməyə davam edir. Dölün indiki ölçüsü 20-30 mm-dir, çəkisi 4 q-dır. Beyin iki yarımkürəciyə bölünüb. İradi və qeyri-iradi hərəkət aktlarının koordinasiyasını (dəqiqliyini) tənzim edən beyinciyi görmək olur. 9 - cu həftənin xüsusiyyətləri kimi ilk reflekslərin formalaşmasını qeyd etmək olar, məsələn, udma refleksi.

Hamiləliyin 9-cu həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 9-10-cu həftələri - əzələlərin inkişafı dövrüdür. Dölün kürəyi düzləşir, baş hissəsi isə əvvəlki kimi döş nahiyyəsinə söykənib. Körpədə boyun formalaşır, quyruq yox olur. Əllər və ayaqlar əvvəlki kimi nazik deyil, qarın yumrulaşır. Barmaqlar böyüyüb mürəkkəbləşir, əlin barmaqları artıq bir birindən aralanıb, ayaqlarda isə hələ ki, barmaqların aralarında pərdə var. Əlin içi formalaşır, üzdə dodaqlar görsənir, süd dişlərinin təməli qoyulur. Gələcəkdə orqanizmi infeksiyalardan qoruyacaq limfa düyünləri formalaşır. Böyrəküstü vəzilər adrenalin ifraz etməyə başlayır.

Bilməniz faydalıdır
Dölün hərəkətləri getdikcə aktivləşir. 9-cu həftədə körpə nəinki öz yerində fırlanır, həmçinin əl və ayaqlarını tərpədə bilir. Lakin bu aktivliyi ana hələ ki, hiss etmir.
Bu həftədən başlayaraq körpəni qida maddələriylə plasenta təchiz edir, çünki yumurta hüceyrəsinin qida maddələri artıq tükənib. Körpə tamamilə plasentar qidalanmaya keçir. Yadda saxlayın ki, siz nə yeyir, içirsinizsə körpəniz də onu yeyir, buna görə də qidanıza diqqət yetirin.
USM vasitəsi ilə 9 həftəlik körpənin görünüşünü izləmək olur.
Uşaqlıq boşluğunda amniotik maddəylə əhatə olunmuş döl görsənir. Körpənin hərəkətlərini, ürək döyüntülərinin sayını (dəqiqədə 120-160 dəfə) qeyd etmək olur. USM nəticələrinə əsasən körpənin inkişafını və ölçüsünü, hamiləliyin müddətini dəqiqləşdirmək olur. 

Hamiləliyin 9-cu həftəsi: anada hansı dəyişikliklər baş verir?
9-cu həfətədə ananın hamilə olduğunu hələ də görünüşcə anlamaq olmur. Lakin qadınlar sinələrinin iki dəfəyədək böyüdüyünü müşahidə edə bilirlər, sinənin üzərində ilk dartılmalar əmələ gəlir.
Bu müddətdə cüzi çəki artımı ola bilər. Lakin hamiləlik toksikozla müşahidə olunursa, 9-cu həftədə çəki dəyişməyə bilər və ya azalır.
Dar geyimlər əvvəlki kimi bədəndə oturmur, baxmayaraq ki, görünüşcə qarın hələki böyüməyib. Bəzi xanımlarda axşama doğru və ya qida qəbulundan sonra qarın şişir.

Bilməniz faydalıdır
9-cu həftədə dəri və saçlarınızda dəyişikliklər ola bilər. Bəzən dəri hamar və parlaq olur, saçlar isə qalınlaşır. Lakin, daha çox hallarda, üzdə sızanaqlar və pigment ləkələr əmələ gəlir, saçlar isə quru və solğun olur.
Hamilə qadınlarda qoxulara həssaslıq artır. Bəzən ən xoş ətirlər ürəkbulanmaya səbəb olur.
Hamiləliyin 9-cu həftə sində hələdə əhval dəyişikləri olur, qıcıqlanma, ağlamaq hissləri. Ən adi hallara belə reaksiyalar – hamilə qadınların xüsusiyyətidir. Bu hormonal dəyişiklərlə müşahidə olunan müvəqqəti hallardır. Ümid edirik ki, kişilər yoldaşlarının bu cür hallarını anlayışla qarşılayarlar.

Bilməniz faydalıdır
Körpənin inkişafıyla bağlı qarında hər hansı bir hissiyyat yoxdur.  Bu gələcək ananı narahat etməməlidir. Körpəniz hiss olunacaq hərəkətlər etmək üçün hələ ki, çox balacadır. Qarnın aşağı hissəsində və bel nahiyyəsində cüzi ağrılar ola bilər. Qarındakı ağrılara diqqət yetirin: uzunmüddətli, kəskin ağrılar, həmçinin, tədricən artan ağrılar zamanı mütləq mütəxxəsisə müraciət etmək və USM etmək lazımdır.
Cinsiyyət orqanlarından gələn şəffaf, qoxusuz ifrazatlar sizi narahat etməsin. Digər hallarda, əsasən qarın nahiyyəsində xoşagəlməz hisslər varsa, mütəxxəsisə müraciət edilməlidir.
Hamiləliyin 9-cu həftəsində tez-tez sidiyə getmə və qəbz halları ola bilər. Bunların hamısı hamiləlik hormonu olan - progesteronun təsiri altında baş verir. Həmçinin bu hormon cüzi temperatur artımına səbəb olur, bu artım soyuqdəymənin başga əlamətləri olmadığı halda sizi narahat etməsin.
Fizlioloji hisslərdən əlavə gələcək anada ciddi psixoloji dəyişikliklər də olur. Analıq hissi çox suallar yaradır. Men necə ana olacam? Körpəylə baş edə biləcəm?
Bu həyəcanların hamısı olduqca təbiidir. Xüsusi ədəbiyyatlar oxuyun, hamilələr üçün xüsusi video təlimata baxın, bu videolar sizə hamiləlik dövrünün müxtəlif mərhələlərində dölün inkişafını və xüsusiyyətlərini açıq şəkildə nümayiş etdirəcək. Körpə haqqında videolar, gələcək atalara da faydalıdır. Gələcəkdə körpənin optimal inkişafı üçün hər şeyə müsbət yanaşın.

Son xəbərlər