Hamiləliyin 5-ci həftəsi
Qadın dünyası 164

Hamiləliyin 5-ci həftəsi

Bu mərhələdə döl sürətlə inkişaf edir. Hamiləliyin 5-ci həftəsində rüşeym toxumasında sadəcə bölünmə deyil – orqan və sistemlərin differensasiyası baş verir.

Hamiləliyin 5-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Dölün ölçüləri hələ ki, çox böyük deyil – körpənin boyu sadəcə 1.5 - 2mm – dir, çəkisi isə təxminən 1 qramdır. Buna baxmayaraq onun artıq əl-ayaqları, hətta barmaqları inkişaf etməyə başlayır. Baş hissəsində gözlər, qulaqlar və aqız boşluğu yer alır.

Bilməniz faydalıdır



Xatırladaq ki, hamiləliyin 5-ci hestasiya həftəsi, 3-cü rüşeym həftəsinə təsadüf edir, bu da o deməkdir ki, dölün həqiqi yaşı 2 həftə azdır.
Hamiləliyin 5-ci həftəsində gələcək cinsi hüceyrələrin təməli qoyulur. Oğlanlarda bu spermatazoidlərdir, qızlarda-yumurta hüceyrələri. Həzm və ifrazat sisteminin formalaşması baş verir, qalxanvari vəz əmələ gəlir.

Körpədə ürək damar sistemi inkişaf etməyə başlayır, qan damarları əmələ gəlir, qan qrupu müəyyən olunur. Hamiləliyin 5-6-cı həftəsində balaca ürək artıq döyünməyə başlayır.


Hamiləliyin 5-ci həftəsi sinir borusunun differensasiyası ilə xarakterizə olunur. Tədricən onurğa sütünunun və onurğa beyininin toxumaları ayrılmağa başlayır.

Hamiləliyin 5-ci həftəsi embrional toxumaların inkişafı və ciftin formalaşması ilə xarakterizə olunur. Doğulacaq körpə bu orqanın vasitəsi ilə anayla əlaqədədir. Cift körpəyə qida maddələri çatdıraraq, orqanizmin fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsullarını təmizləyir və beləcə dölün inkişafını təmin edir.

Bilməniz vacibdir!
Ciftin vasitəsi ilə ana və körpə bir birinə tamamilə bağlıdır. Bu əlaqə ananın saqlamlığına, qidasına diqqət yetirməyə və pis vərdişlərdən uzaq durmağa kömək edir.

Hamiləliyin 5-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 5-ci həftəsində qadın artıq hamilə olduğunu anlayır. Əvvəla aybaşı vaxtının keçdiyinə görə, sonra isə yeni hisslər və əlamətlər əmələ gəlməyə başlayır.

Bilməniz vacibdir!
Gələcək anada əhval dəyişikliyi, ağlamaq, yuxusuzluq, daima yatmaq istəyi, yorğunluq hissi, iştahın artıb və ya azalması, dad dəyişikliyi, qoxu hissinin artması müşahidə oluna bilər.

Hamiləliyin 5-ci həftəsində süd vəzilərinin bərkiməsi müşahidə olunur, onlarda hissiyat artır. Bəzi qadınlarda 5-ci həftədə gilələrin piqmentasiyası artır və qarının orta nahiyəsində (linea alba) göbəkdən aşağı xətt əmələ gəlir.

Bəzən bürün tutulur. Bu hormonal dəyişikliklərin təsiri altında baş verən selikli qişanın ödemiylə əlaqəlidir. Əgər soyuqdəymənin başqa əlamətləri yoxdursa bu xoşagəlməz nəfəs tutulmalarına dözməlisiniz.

Qarın nahiyyəsində xoşagəlməz hisslər yarana bilər, aşağı hissəsində ağrılar. Bunlar növbəti aybaşı siklinin başlaması ilə əlaqəlidir. Lakin, bu ağrılar uzun müddət davam edərsə, tədricən artarsa və qanlı ifrazatla müşahidə olunarsa mütəxəssisə müraciət etməyiniz məsləhətlidir.

Məsləhət
Bəzən bu həftələrdə xanımlarda qusma və ürəkbulanma olur – toksikozun əlamətləri. Bunları bəzən xanımlar qida zəhərlənməsi ilə səhv salır. Lakin bu zaman həmçinin ishal və temperaturun yüksəlməsi də olur. İshal halı yoxdursa və siz hamilə olduğunuza şübhə edirsinizsə bu əlamətlər zamanı hamiləlik testi etmək məsləhətlidir.

Bəzi xanımlar uşaqlıqdakı sancı hisslərindən şikayətlənir. Lakın uşaqlıqda az miqdarda ağrı reseptorları yerləşir, o özüdə hələki çox böyüməyib, çünki dölün ölçüləri çox kiçikdir. Beləliklə uşaqlıqdakı sancı hissləri, çox gümanki bağırsağın spastik yığılmasıyla əlaqəlidir.
Lakin bu mərhələdə hər şey çox fərdidir. Yeni hissiyyatların olmaması da normal haldır.

5-ci həftədə müayinə zamanı uşaqlığın böyüməsini müşahidə etmək olar. Hamiləlik testləri müsbət nəticə göstərir.Əgər testiniz mənfi göstərirsə, lakin sizdə hamiləliyin bütün əlamətləri varsa, bu testin səhv edilməsi və ya orqanizminizdə xorionik qonadotropin (XQ) hormonunun az miqdarda olmasından xəbər verir.

Bilməniz vacibdir!
Bu müddət ərzində mənfi test hamiləliyin düzgün qaydada keçməməsindən xəbər verə bilər və ya hansısa xəstəliklərin olmasıyla əlaqəlidir.Bu zaman yüksək həssaslı test alıb 3-5 gün sonra yenidən etmək məsləhətlidir, daha sonra isə mütəxəssisə müraciət edilməlidir.
5-ci həftədə USM zamanı uşaqlıq boşluğunda döl yumurtasını, onun ölçusunu, birləşdiyi sahəni görmək mümkündür, həmçinin hamiləliyin həftəsini dəqiq hesablamaq olur.

Oxşar xəbərlər

Son xəbərlər