06
мая
2018
06:32
Bakıda mənzildə 80 yaşlı kişinin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
BAKU.WS-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1938-ci il təvəllüdlü Zülfüqarov Mikayıl Məhərrəm oğlunun meyitini aşkarlayıb.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.