İcma: "Ermənistan itkin düşmüş şəxslərin ailələrinin iztirabını daha da dözülməz edir"
30.08.2024 14 0 Admin

İcma: "Ermənistan itkin düşmüş şəxslərin ailələrinin iztirabını daha da dözülməz edir"

---
В закладки

"Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşüb".

Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfindən törədilən məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır:

"Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda və "Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya"da təsbit edilib. Ermənistan bu şəxslərin taleyi və harada olduqları barədə məsələlərə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir. Bu məcburi itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirilməsi, ədalətin təmin edilməsi və sülh üçün zəruridir".

"Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, bu məsələ üzrə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi bir daha tələb edir", - deyə icmanın bəyanatında vurğulanıb.


Комментарии (0)
Добавить комментарий
Прокомментировать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
"Gecə canavarları"nın Qarabağda nə işi var?
Rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məsələ araşdırılır. May.Az-in APA-ya istinadən verdiyi məlumatına
Azərbaycan XİN açıqlama YAYDI
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb. BiG.AZ xəbər verir ki, açıqlamada deyilir: "Azərbaycana qarşı müvəqqəti tədbirlərin
İtkin düşən daha bir hərbçimizin nəşi tapıldı
Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat
XİN: Sarkisyan yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı
Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı. Bunu BAKU.WS-ə Azərbaycan Xarici İşlər
Ceyhun Bayramov Antonio Quterreşlə görüşdü
Sentyabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş

Войти через: