“Paşinyan ikiüzlü və xəyanətkardır” – Rusiyalı politoloq
Siyasət 229

“Paşinyan ikiüzlü və xəyanətkardır” – Rusiyalı politoloq

“Ermənistanın baş naziri Nikol Paşinyan ikiüzlü və xəyanətkardır”
Bunu  Sfera.az-a açıqlamasında Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix elmləri namizədi Anton Bredixin deyib.


Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Praqa görüşündən danışan rusiyalı politoloq Qərbin səmimiyyətinə inanmadığını söyləyib. Bildirib ki, Qərbin sülh üçün irəli sürdüyü təkliflər adekvat deyil.
Onun sözlərinə görə, Brüssel görüşlərindən sonra Paşinyan təxribatları daha da artırıb.

Sülh müqaviləsinə gəlincə, rusiyalı ekspert bunun yalnız Türkiyə və Rusiyanın iştirakı ilə mümkün olacağını qeyd edib.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Görüşdən sonra verilən bəyanatda Ermənistanın rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı öz əksini tapıb.
Görüşlərdə Rusiya iştirak etməsə də, Praqadan sonra Prezident İlham Əliyev və Paşinyan Sankt-Peterburqa yola düşüblər. Onlar MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşündə iştirak ediblər.

Son xəbərlər