Vaqon – Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir. Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur. Vağzal -Yaxın zamanda çozdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız. Vadi – Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir. Vaiz – Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyəli adamlar tərəfindən sarıldığına işarədir. Vaz geçmək – Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.
Vali -Röyada vali görmək-üzüntü, sıxıntı, içki içmək, qumar oynamaq, oğurluq və s. bu kimi qeyri-əxlaqi işlərə işarə sayılır. Başqa yozumlara görə röyada vali görmək-xalqa can başla xidmət etməyi göstərir. yoxsul bir adamın röyasında vali olduğunu görməsi-dərcəsinin yüksəlməsi anlamındadır. Röyada vali olduğunu görən hakim rüşvət alıb höm verər. Valyuta alış verişi – Röyada valyuta işləri ilə məşğul olmaq-böyük miqdarda pul və dəyərli mal-mülk itkisinə işarə olaaqqəbul edilir. Var-dövlət – Röyada var-dövlət sahibi olduğunu görmək-xeyirli bir xəbər alacağına işarədir. Vahə – Sıxıntılı günləri arxada qoyub rahat və sevinc dolu bir yaşayışa qovuşmağa işarədir. Vedrə – Vedrəylə bağlı yuxular belə yozulur: Boş vedrə– pul itkisidir. Dolu vedrə-qazancdır. Yarıyacan dolu vedrə-gözlənilməz bir xəbərdir. Mis vedrə-pullu qazanclı işdir. Velosiped – Yuxuda velosiped görən adam çox çətin bir işlə qarşılaşacaq və o iş bir sıra xatırladan, səhvlərdən sonra yoluna qoyulacaqdır. Velosipedlə yoxuş yuxarı çıxmaq-roya sahibinin evindəki və iş həyatındakı bir sra çətinlikləri, axır ki, yenəcəyinə işarədir. Velosipedlə eniş enmək-xoşbəxtlik içində keçən həyat gözlənilməz bəd xəbərlərdən alt-üst olacaqdır. Vəba – Vəba xəstəliyi ilə ilgili yuxular bu günlərdə böyük bir maddi sıxıntı içinə düşmənizin mümkünlüyünə işarədir. Vəd vermək – Röyada yaxınlarınızdan birinə nəsə vəd etmək – borc istəmək anlamındadır. Vəzifədən çıxarılmaq – Arvadını boşamaq kimi yozulur, ya da yeri dəyidirmək analmına gəlir. Özünün işdə çıxarıldığını, yerinə daha yaşlı birinin gətirildiyini görmək-həmin vilayətin rəhbərinə düşmənləri tərəfindən ziyankarlıq yetirləcəkdir. Vərəm – Vərəm ilə bağlı röyalar xeyrəyozulmur, mənəvi sıxıntı anlamındadır. Vəsiyyət – Röyada vəsiyyət etdiyini görmək-kədərli olduğunuza; Var-dövlətini başasına vəsiyyət etmək-xeyirxalığa, yardıma, birliyə, barışığa yozulur. Viza – Yuxuda viza almaq-iraxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuzsıxıntıdan qurtaracaqsınız Vizit vərəqəsi – Bir nəfərdən yardım təklifi alacaqsınız. Villa (imarət) – Röyada özünü bir villanın içində görmək-düşmən üzərində qələbəni xəbər verir. Villa-rahatlıq, zəiflik və xoşbəxtlikdir. Viranəlik (uçuq-sökük yerlər) – xeyrə əlamət eildir. Bu cür röya görən aam pul-maliyyə işlərində daha ehtiyatlı davranmalıdır. Bəzi yozmlara görə, viranəlik-istəyə çatmaq kimi də açıqlanır. Viski içmək – Zənginliyə, səhhətinizin düzələcəyinə yozulur. Vitamin – Röyada vitaminli dərmanlar içmək-sağlamlığınıa diqqət yetirməyin gərəkliyinə işarədir. Vitrin – Yuxuda vitrin görmək-veriləcək göstərişlərin röya sahibini gülünc vəziyyətə salacağına işarədir. Vulkan (yanardağ) – Yuxuda vulkan püslürməsini gömək-cavan oğlan üçün-çox sayıb, hörmət etdiyi bir böyüyü ilə dalaşacağına və bu səbəbdən də işlərin pozulacağına; orta yaşlılar üçün-heç də istəmədiyi bir dəyişikliyə; gəncqaın üçün-çox sevəcəyi xoş davranışlı, lakin əsəbi biriylə evlənəcəyinə; evli qadın üçün-qonşu və qullqçu ilə qovğa edəcəyinə yozulur. Vücud (bədən) – Röyada vücudunu şişmiş görmək-qüvvətli düşmənlərə üstün gələcəyinizə yozulur.