Planetin ən ağır heyvanı məlum oldu
Dünya 13

Planetin ən ağır heyvanı məlum oldu

Alimlər planetdə ən ağır heyvanı müəyyən ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər dünyanın ən ağır heyvanının mavi balina olduğunu bildiriblər.

Balinanın fosilləşmiş skeletinin əvvəllər Yer kürəsində yaşamış ən ağır heyvan olduğu düşünülürdü. Çox sıx sümüklərə malik olduğu düşünülən 17 metrlik nəhəng balinanın üst-üstə yığılmış 150 avtomobilə bərabər olan 340 metrik ton ağırlığında olduğu düşünülür.

Lakin ABŞ alimləri balinanın proqnozlaşdırıldığı qədər çəkisi olsaydı, sağ qala bilməyəcəyini açıqlayıblar. 

Tədqiqatçılar onun təxminən 39 milyon il əvvəl yaşadığını və “basilosaurids” adlı nəsli kəsilmiş erkən balinalar qrupuna aid olduğunu təxmin edirlər.

Bir sıra fərziyyələrə əsaslanaraq, elm adamları əvvəlcə balinanın bədən kütləsinin təxminən 180 metrik ton olduğunu, lakin maksimum 340 metrik ton olduğunu təxmin ediblər.



Son xəbərlər