Среда
авг 30

Toya ”Porshe Cayenne”lə gələn azərbaycanlılar qəfildən atəş açmağa başladı: Polis onları axtarır

Toya ”Porshe Cayenne”lə gələn azərbaycanlılar qəfildən atəş açmağa başladı: Polis onları axtarır


Rusiyada azərbaycanlıların toy vaxtı bahalı maşınlarla atışması toy iştirakçılarını qorxuya salıb.

BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ural əyalətində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, azərbaycanlılar toyda dava salıblar, daha sonra silahlar işə düşüb.

Toy iştirakçıları əvvəlcə atəşfəşanlıq olduğunu düşünüblər.

Məlumata görə, ”Porshe Cayenne” avtomobillərinə minən azərbaycanlılar atəş aça-aça toyun keçirildiyi yerdən sürətlə uzaqlaşıblar.

Hadisə ilə bağlı hələlik əlavə məlumat verilmir. Həmin şəxslərin polis tərəfindən axtarıldığı bildirilir.

Комментарии (0)

Оставить комментарий