Oğurluğa girən dilənçini ev sahibi tutdu
Xeberler 737

Oğurluğa girən dilənçini ev sahibi tutdu

Oğurluğa girən dilənçini ev sahibi tutdu


Şəki rayonunda evə oğurluğa girən şəxs ev sahibi tərəfindən tutulub.

BiG.AZ bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan report-a verilən məlumata görə, Şəki rayonu Zunud kənd sakini Arif İdrisov DİN-in "102 Zəng Mərkəzi" xidməti ilə əlaqə saxlayaraq evindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib, soyğunçuluğu törədən şəxsləri elə özü həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirib.

Məlumat aidiyyəti üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) göndərilib və polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A.İdrisov tərəfindən yaxalanıblar.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər