ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - FOTO
Hadisə 413

ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - FOTO

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə günorta saatlarında baş verib.
Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.
Hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya faktı təsdiqləyiblər.

Son xəbərlər