Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub
İdman 864

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, həftənin, eyni zamanda III dövrənin son matçı "Neftçi" və "Səbail" komandaları arasında olub.

"Bakcell Arena"da baş tutan görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində İqnasio Herrera dubl edib. Çilili futbolçu 49 və 87-ci dəqiqələrdə fərqlənib.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyində dəyişiklik baş verməyib. "Neftçi" 30 xalla 5-ci, "Səbail" isə 18 xalla 6-cı sıradadır.

XXI turun digər 3 oyununda heç-heçə qeydə alınıb. "Kəpəz" - "Zirə" (0:0), "Qarabağ" - "Keşlə" (1:1) və "Qəbələ" - "Sumqayıt" (1:1) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Oxşar xəbərlər

Son xəbərlər