18
ноября
2019
00:54
İranda benzin üsyanı: ölənlərin sayı 25-i keçdi, Xamneyinin heykəli aşırıldı
İrana benzinin kəskin bahalaşmasına etiraz olaraq ötən günü cümə axşamından başlayan və bütün ölkəni bürüyən kütləvi nümayişlər təhlükəsizlik qüvvələr ilə toqquşmalarla müşaiyət olunur.
KİV-lər xəbər verir ki, qəzəbli kütlə polis məntəqələrini, bankları, benzindoldurma məntəqələrini yandırır.
İran islam inqilabının lideri Əli Xameyninin heykəlinin aşırıldığı haqda xəbərlər var. Bütün ölkə boyu internetə giriş kəskin məhdudlaşdırılıb, mobil rabitə işləmir. Son məlumatlara görə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 25-i keçib.
Dini lider Xamneyi bəyan edib ki, ölkəni bürüyən etirazlar İranın düşmənlərinin işidir və onlar benzinin bahalaşmasını bəhanə kimi istifadə ediblər.
İran hökumətinin qərarı ilə bu ölkədə benzinin qiyməti iki dəfə bahalaşıb və təxminən 15 qəpik olub. Habelə adambaşına kvotaya əsasən güzəştli qiymətə satılan benzinin qiyməti 50 faiz bahalaşıb. (Virtualaz.org)