23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu 19:21 Hansı ət növü bədənə daha XEYİRLİDİR? - Dovşan, xoruz, balıq, camış.... 19:20 Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixdən leysan olacaq, şimşək çaxacaq 19:19 DÇ-2026: Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub 22:48 Niyə insanlarda həm süd, həm də daimi dişlər olur? 22:47 Bu bürcləri sevgi həyatında taleyüklü dəyişikliklər gözləyir: kimlərdir onlar? 10:14 Ölümü ilə bütün dünyanı ağladan müsəlman milyarder 20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək…

BDYPİ-dən yol polisi ilə bağlı yayılan daha bir video barədə AÇIQLAMA

BDYPİ-dən yol polisi ilə bağlı yayılan daha bir video barədə AÇIQLAMA
BDYPİ-dən yol polisi ilə bağlı yayılan daha bir video barədə AÇIQLAMA


Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Masallı Rayon Yol Polisi şöbəsinin əməkdaşı, polis kapitanı Şəmşir Kərimov barəsində yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb və faktlar təsdiqini tapmayıb:

"Bu, ötən ilin noyabr ayında çəkilmiş videodur və həmin görüntü noyabr ayında yayılmışdı. Məsələ ilə bağlı araşdırma aparıldı və məlum oldu ki, Masallı rayon sakini Aydın İslamov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb və yol polisi əməkdaşları tərəfindən cərimələnib. Həmin şəxs də belə bir açıqlama verməklə yol polisindən qisas almaq istəyib. Məsələ ilə bağlı həmin şəxs yazılı izahat verərək səhvini boynuna alıb və yalan danışdığını etiraf edib. Videoda danışan Masallı rayon sakini bildirib ki, videonun yenidən yayılmasından xəbəri yoxdur".

Qeyd edək ki, Masallı rayon sakini A.İslamov Masallı Rayon Yol Polisi şöbəsinin əməkdaşı Ş.Kərimov tərəfindən saxlanılaraq sənədlərinin alındığını, şəxsiyyət vəsiqəsini yerə ataraq tapdaladığını və onu təhqir etdiyini bildirən videogörüntü yayımlayıb.

Яндекс.Метрика MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница