16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

İçkili halda maşın sürən azərbaycanlı Türkiyədə trend oldu – VİDEO

İçkili halda maşın sürən azərbaycanlı Türkiyədə trend oldu – VİDEO
İçkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılan azərbaycanlı Türkiyədə gündəm olub.
May.az Qaynarinfo-ya istinadən bildirir ki, Türkiyədə 41 yaşlı azərbaycanlı sürücü Coşqun A. “Tofaş” marakalı avtomobili içkili halda idarə etdiyi üçün polis tərəfindən saxanılıb.
Əvvəlcə əlinə alkotester verilən sürücü üfürmək istəməyib və bu sözləri deyib: “Qardaş, icazə ver səhərə qədər yatım, sonra bunu edərəm də”.
Polisin iradından sonra alkotesterə üfürən sürücüdə 1,62 promil spirtli içki aşkarlanıb.
Cərimə olunacağını eşidən Coşqun A. bu dəfə avtomobilini axtaran polisə “Ayıb olsun. Mən azərbaycanlıyam” deyərək reaksiya verib. Polisin “Niyə içki içib maşın sürürsən?” sualına isə “Toydan gəlirəm” cavabını verib.
Bu zaman jurnalistlərə əsəbiləşən sürücü “Çəkməyə ehtiyac yoxdur. Onlara deyirəm azərbaycanlıyam, amma keçmirlər” deyərək əli ilə kameraların obyektivini örtmək istəyib.
Qeyd edək ki, dindirilmə zamanı sürücülük vəsiqəsi olmadığı üzə çıxan 41 yaşlı Coşqun A. sərxoş halda avtomobil idarə etdiyinə görə 823 lirə, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 3 min 674 lirə, ümumilikdə 5 min 497 lirə cərimə kəsilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница