16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Get, kimə şikayət edirsən, et" deyən "BakuBus" sürücüsü işdən çıxarıldı - AÇIQLAMA + VİDEO

"Get, kimə şikayət edirsən, et" deyən "BakuBus" sürücüsü işdən çıxarıldı - AÇIQLAMA + VİDEO
Sosial şəbəkələrdə "BakuBus" sürücüsü və sərnişin arasında baş verən mübahisənin görüntüləri yayılıb. Belə ki, 32 nömrəli marşrut xəttində baş verən dava zamanı sürücü nalayiq ifadələr işlədib. O, avtobusu saxlayıb və sürməyəcəyini bildirib.
"Get, kimə şikayət edirsən, et" deyən sürücünün hərəkəti gedəcəyi ünvana gecikən sərnişinlərin narazılığına səbəb olub.
Məsələ barədə "BakuBus" MMC açıqlama verib. MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun istismarında olan 32 nömrəli marşrut xəttinin sürücüsü ilə bağlı yayılan videogörüntülər hərtərəfli araşdırılıb:
"Sürücünün davranışının qaydalar çərçivəsində olmadığı öz təsdiqini tapdı. Sürücü əmək qanunvericiliyinə əsəsən işdən azad edilib.
Bu kimi halların qarşısını almaq üçün sərnişinlərlə əlaqə imkanlarımızı genişləndirmişik ki, anında reaksiyaları ala bilək. Xidmət keyfiyyətinin daha da yüksək səviyyəyə çatdırılması baxımından keyfiyyətə nəzarət mütəxəssisləri gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin yanında olaraq rəyini öyrənirlər".

 


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница