16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dırnaqların mavi rəng alması nəyi göstərir?

Dırnaqların mavi rəng alması nəyi göstərir?
Barmaqlarınızın, əsas da dırnaqlarınızın vəziyyəti sağlamlığınızdakı problemlərdən xəbər verə bilər.
"Medicina" xəbər verir ki, Amerikalı dermatoloqlar dırnaqların bədənin daxili vəziyyətini əks etdirdiyini sübut edib.
Beləliklə, dırnaq qatının çəhrayıdan solğuna çevrildiyini görsəniz, bu, ciddi bir xəstəliyin - dırnaq melanomasının başladığını göstərə bilər.
Mavi rəng - əgər kifayət qədər dəmiriniz yoxdursa və ya qan dövranı, tənəffüs sistemi ilə bağlı problemlər varsa, dırnaqlarınız mavi, göyümtül rəng alacaq. Bu, sianozun başlanğıcının siqnalıdır. Buna görə də, xəstəliyin əlamətlərini görən kimi həkimə müraciət edin.
Dırnaqlarda transvers dəliklər - dırnağınız zədələnməyibsə və dırnaq boşqabında deşiklər yaranıbsa, çox güman ki, daimi stresli vəziyyətdə yaşayırsınız.
Həmçinin, dırnaqlarda belə problemlər metabolik pozğunluğu göstərir.
Uzun zolaqlar - bu fenomen ən çox yaşlı insanlarda görülür və narahat olmaq üçün heç bir əsas yoxdur. Amma gənclər buna diqqət yetirməlidir. Bu insanın az maye içdiyini göstərə bilər. Buna görə də maye qəbulunu rejimə salmaq lazımdır.
Kövrək dırnaqlar - ideal dırnaq lövhəsi yalnız sağlam insanda tapıla bilər. Əgər dırnaqlarınız daim aşınır və qırılırsa, bədəninizdə sink, dəmir, D, E və A vitaminləri yoxdur.
Kardioloq Valentina Belayanın sözlərinə görə, dırnaqların kövrəkliyi və laylanması ürək – damar sisteminin xəstəlikləri və endokrin sistemin pozulmasıdır. Xüsusi ilə diabetin başlanmasını göstərə bilər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница