Суббота
сен 24

Kök və brokkoli yeyən hamilələrin bətnindəki körpələrin reaksiyaları güldürdü - FOTO

Salat bəzi insanlar üçün əvəzsiz qida sayılsa da, digərləri üçün bir qab tərəvəz yemək fikri daha çox cəza kimi səslənir. Tədqiqatlar isə göstərib ki, bu təkcə uşaqlara, yaxud yetkinlərə aid məsələ deyil, hətta hətta ana bətnin olan körpələrin də fərqli dad zövqləri olur.
Bu barədə Durham Universitetinin tədqiqatçıları maraqlı tədqiqat aparıblar. Onlar 18-40 yaş arası 100 hamilə qadının 4D ultrasəs müayinəsini aparıblar və ana bətnindəki körpələrin analarının yediyi qidaların dadına necə reaksiya verdiyinə baxıblar.
Qadınlara hər skandan 20 dəqiqə əvvəl 400 mq yerkökü və ya 400 mq brokkoli tozu olan kapsul verilib, bundan sonra başqa qidalar və ya ətirli içkilər istehlak etməmələri xahiş edilib. Bəzi hamilələr isə ümumiyyətlə heç nə qəbul etməyiblər.
Nəticələr göstərib ki, hətta az miqdarda yerkökü və ya kələm dadlandırıcısı döldə reaksiyaya səbəb olmaq üçün kifayətdir.
Qadınlar yerkökü yeyəndə bətnlərindəki körpələr gülümsəməyə meylli olublar, lakin kələm kapsulunu yeyəndə üz-gözlərini turşudublar.
"Skaner zamanı doğulmamış uşaqların kələm və ya yerkökü dadına reaksiyasını izləmək və bu anları valideynləri ilə bölüşmək həqiqətən heyrətamiz idi", - deyə tədqiqatın aparıcı müəllifi Beyza Üstün bildirib. (Oxu.az)

Комментарии (0)

Оставить комментарий