Вторник
мар 07

Kişilər seks haqqında necə düşünürlər? HƏR BİR QADIN BUNU BİLMƏLİDİR

Belə bir qənaət geniş yayılıb ki, kişilərin beyninə seks barədə həlləm-qəlləm fikirlər tez-tez gəlir. Bunu guya hətta dəqiq hesablayıblar: hər yeddi saniyədən bir...Çoxlarımız bu barədə eşitmişik və bunlara inanmağa meylliyik. Doğrudur, oturub fikirləşmək də olar ki, bu həqiqətdir, yoxsa yox, lakin əvvəlcə belə bir şeyin isbatının mümkün olub-olmadığını aydınlaşdıraq.
Deyirlər, “elin gözü tərəzidir”. Elə isə bu düşüncələrin tezliyi hər yeddi saniyədə bir dəfə, saatda 514 dəfə edir. Və hətta yuxu saatlarını çıxsaq, gün ərzində 7200 dəfə alınır. Çoxdurmu? Düşünmək olar ki, çoxdur.
BBC müxbiri Tom Stafford yazır ki, o, ümumiyyətlə heç nə barədə bu qədər düşünmür, seks və ya qeyri-seks. Və ümumiyyətlə, insanın nə barədə isə neçə dəfə düşünməsini necə hesablamaq olar?
Psixoloqlar bunun üçün “təcrübə nümunələri” deyilən anlayışdan istifadə edirlər. Bu zaman sınaq altında olanlardan rica olunur ki, onlar gün ərzində nə düşündüklərini qeyd etsinlər.

Gündə 388 dəfə seks barədə düşünmək olarmı?

ABŞ-ın Ohayo Ştatı Universitetindən Terry Fisherin rəhbərlik etdiyi alimlər qrupu əl sayğaclarından istifadə etməklə belə bir təcrübə keçirib. Əl sayğaclarını 283 tələbəyə paylayıblar, onları üç qrupa bölüblər və xahiş ediblər ki, hər dəfə seksdən, yeməkdən və yuxudan düşünəndə düyməni bassınlar.
Məlum olub ki, bu təcrübə zamanı kişilər orta hesabla gündə 19 dəfə seks barədə düşünüblər. Qadınlarda bu rəqəm daha az, 10 olub. Üstəlik kişilər yemək və yatmaq barədə də qadınlardan çox düşünürmüşlər və bu, onların ümumiyyətlə, xoş duyğulara meylliyini göstərir.
Təcrübədə iştirak edənlərin nəticələri də çox fərqli olub. Bəzilər seks barədə gündə bir dəfə düşündüklərini deyiblər, eksperimentin ən fəal iştirakçısı isə düyməni 388 dəfə basılb. Bu isə o deməkdir ki, həmin iştirakçi hər iki dəqiqədən bir seks haqqında düşünürmüş.

Ağ ayı və ya meymun

Müəllif yazır ki, bu təcrübədə çoxlu "əmma"lar var. Yəni “meymunu yadınıza salımayın” söhbəti. Elə ki, kiməsə nəyi isə yada salmaq qadağan edildi, həmin adam elə bu barədə düşünəcək. İngiliscə buna “ağ ayı effekti” deyirlər. Yəni uşağa desən ki, “ağ ayı “ barədə düşünmə, uşaq elə bu barədə düşünəcək. Elə böyük də...
Görünür, bu təcrübədə iştirak edən tələbələr də həmin effektin təsirinə məruz qalıblar. Onlar sayğacları alıblar, psixologiya kadfedrasından çıxan kimi, seks, yeyib-içmək və yatmaq barədə düşünməyə başlayıblar. Yəqin o düyməni 388 dəfə basan zavallının da başına elə bu gəlib.
Başqa bir təcrübə isə...
Başqa bir alimlər qrupu isə Wilhelm Hoffmanın başçılığı altında Almaniyadan olan könüllülər üzərində təcrübə aparıb. Onlara paylanmış telefonlar 7 gün və gündə 8 dəfə və pərakəndə vaxtlarda müəyyən xatırlatmalar edirdi. Təcrübə altında olanlardan xahiş edilib ki, hər xatırlatmanı alan kimi, həmin an nə düşündüklərini yazılı şəkildə qeyd etsinlər. Burada məqsəd o imiş ki, könüllülərin düşüncəsinə kənardan təsir edilməsin.
Əlbəttə, bu təcrübənin nəticələri ilə Terry Fisherin təcrübəsinin nəticələrini birbaşa müqayisə etmək olmaz. Lakin bu təcrübə ən azı onu göstərir ki, həmin o “yeddi saniyə” söhbəti əsassızdır. Təcrübə iştirakçıları bildiriblər ki, hər xatırlatmaya yarım saat qalmış onlar yalnız 4 faizə bərabər sayda seks haqqında düşünüblər. Bu isə gündə bir dəfə edir. Amma Ohayo Universitetinin təcrübələrinə görə bu rəqəm guya 19 olmalı idi.

Seks ikinci dərəcəli qayğıdır

Hoffmanın apardığı təcrübənin bir maraqlı nəticəsi də var. Məlum olur ki, seks təcrübə altında olanlar üçün ikinci dərəcəli duyğu imiş. Könüllülər deyiblər ki, onlar daha çox yemək, yatmaq, şəxsi gigiyena, sosial ünsiyyət, istirahət və hətta qəhvə barədə daha çox düşünürlər. Sən demə televizora baxmaq, poçt qutusunu yoxlamaq seksdən daha maraqlı imiş. Üstəlik seks barədə düşüncələrin günün axırında, gecə yarısı gəldiyi bəlli olub. O da yuxu barədə düşüncələrdən sonra ikinci yerdə!
Əslində Hoffmanın da təcrübəsinə “ağ ayı” və ya “meymunu yada salma” effekti təsir göstərib. Çünki bu halda da adamlar müəyyən qeydlər etməli olduqlarını bilirdilər.
Bəs bütün bunlardan nə nəticə çıxarmaq olar? Bir məsələ dəqiqdir ki, kişilərin hər yeddi saniyədən bir seks haqqında düşündükləri barədə hökm cəfəngiyyatdan başqa bir şey deyil.

Fikri necə ölçəsən?

Lakin duyğuların həqiqi tezliyini müəyyən etmək, araşdırmaq son dərəcə çətin məsələdir. Axı, müxtəlif insanlar müxtəlif şeylər barədə, hətta müxtəlif vaxtlarda müxtəlif cür düşünürlər.
Bir də axı fikri ölçən cihazlar və ya vahidlər yoxdur. Yəni bunu məsafə kimi metrlə, çəki kimi kiloqramla ölçmək olmur.
Bəs siz bu yazını oxuyarkıən neçə dəfə və nə barədə düşündünüz? Maraqlıdır, amma çətin məsələdir.
Bu barədə düşünməyə dəyər. Yenə də düşünmək?
bbc.com

Комментарии (0)

Оставить комментарий