16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ana körpəni hər ağlayanda qucağına götürməlidirmi?

Ana körpəni hər ağlayanda qucağına götürməlidirmi?
Bir qadın uşağı dünyaya gətirir, lakin nə əmizdirir, nə də qucağa alırsa, bu zaman uşağın ana ilə bağları zəif olur. Bu, onların münasibətinə birbaşa təsir edir. Əslində 2 yaşa kimi əmizdirmək daha çox təmas, daha çox bağ möhkəmliyi üçündür. Çünki əmizdirmək həm də qucaq deməkdir.
Medicina.az xəbərinə görə, həkim-pediatr Aytən İsmayılzadə əsasən yaşlı insanlar arasında geniş yayılmış "Uşağı tez-tez götürmək olmaz, qucağa öyrəşər" fikrinə münasibət bildirib.
Həkim qeyd edib ki, uşaq ilə ana arasında 3 əsas bağ var :
- göbək ciyəsi - ananın qanı ilə uşağa qida maddələri, oksigen, yəni enerji axır;
- Ana südü - qida maddələri verir, bu da enerji deməkdir
- Ana qucağı - istilik, yəni yenə də enerji ötürülür.
Uşaq doğulanda göbək ciyəsi - birinci bağ kəsilir, çünki buna məcburuq. İkinci və üçüncü bağlar isə dövriyyəyə girir: körpə ananın sinəsinə həm təmas, həm də süd yeməsi üçün qoyulur.
"Əgər bu iki bağ vaxtında bağlanmazsa, birinci bağı kəsilmiş körpənin yeni dünyaya adaptasiyası ləngiyir. Hətta sonra tənəffüs problemləri də görülür. Düzdür, tibb bu problemlərin altında nələrsə axtarır. Körpəni tez-tez qucaqda saxlamaq onu tez-tez əmizdirmək kimidir.
Bütün bağların tez qopmasına çalışmamaq lazımdır. Göbək ciyəsini də tələsmədən kəsmək, südü də kəsməyə tələsməmək, qucağı da əsirgəməmək vacibdir. Bu, o deməkdir ki, uşağa verəcəyimiz enerjini əsirgəməməliyik. Birinci bağlar həmişəlik olmasa da, qucaq həmişə var. İsti ana qucağını heç nə əvəz edə bilməz. Və körpələr həqiqətən haqqı olan ana qucağı üçün də ağlayır.
Odur ki, əziz nənələr, analara "Uşağı tez-tez götürmə, qucağa öyrəşər" deməyin", - deyə pediatr çağırış edib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница