18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Kişilərin qadınlara qarşı marağını itirən 10 səbəb

Kişilərin qadınlara qarşı marağını itirən 10 səbəb
Kişilərin qadınlara qarşı marağını itirən 10 səbəb


1. Kilo. Çox deyilmiş həqiqətdir. Artıq çəki və kilolarından can qurtarmaq istəməmək kişilərin qadınlara qarşı marağını itirə bilər.Xüsusən narşist xarakterli kişilər bu məsələ ilə bağlı qadının öncə güvənini sarsıdır, psixoloji təzyiq göstərir, ən sonda da haqlıqymış kimi uzaqlaşmağa üstünlük verir.

2.Qadınların həddən artıq boş- boş danışması münasibətlərin soyumasına səbəb olur. Vacib deyil, qadın nə qədər intellektual olursa olsun, söhbət zamanı qarşısındakına ağzını açmağa imkan vermirsə bu kişinindarıxmasına səbəb olacaq.

3.Qadının yumor hissi yoxdursa bu da kişinin marağının itməsinə səbəb olur. Axı nə qədər qaşqabaqlı insanla oturub durmaq olar.Kişilər ümumiyyətlə qara yumoru sevirlər. Bu heç də kinayə anlamına gəlmir. Məsələn qadın zəng vurub kişiyə gecikdiyini bildirir, çünki avtombilində problem yaranıb. Kişi isə ən az belə zarafatla cavab verəcək. “Sükan arxasında qadındırsa bu normal haldır”. Qadın bu zarafatdan inciyib aylarla kişini sürünməyə məcbur edirsə, kişi hər dəfə danışarkən daha ehtiyatlı olmaqdan, günahkar olmaqdan yorulub gedəcək.

4.Kişiləri öz söhbətinizlə cəlb edə bilmir, susqunluğunuz və laqeydliyinizlə darıxdırırsınızsa bu münasibətin sonu ayrılıqdır. Onun maraqlı mövzuları qarşısında çiynini çəkir, sən bilərsən deyirsən? O düşünəcək ki sənin dünyagörüşün zəifdir və sən darıxdırıcı insansan.

5.Qadının həddən artıq feminist düşüncələri kişini qorxudur və uzaqlaşdırır.

6.Qadın keçmişdə yaşadığı münasibətlərin acığını yeni sevgilisindən çıxırsa, qazandığı təcrübəni yeni insanda tətbiq edirsə bu onun uzaqlaşmasına səbəb olacaq. Məsələn ilk sevgilisi çox qısqanc olub, yeni segilisinin ayağı altına yer verməmək üçün ona heç bir xəbərr vermədən istediyini edirsə kişi buna dözməyəcək.

7. Romantikanın yoxluğu kişi marağının itməsinin daha bir səbəbidir. Bəli, bəli, əziz xanımlar, kişilər buna önəm verirlər. Belə imkanları maksimum dəyərləndirin.

8.Qadın israrla qarşısındakı kişini dəyişdirib, onu öz xəyalıdakı qəhrəmana bənzətməyə çalışırsa, boşuna uğraşır. Kişi qaçacaq.Onu olduğu kimi qəbul etmək lazımdır.

9.Həddindən artıq qayğı da onu bezdirə bilər. Unutmayın, siz onun anası deyil, sevgilisisiniz. Kişi qadın qarşısında öz qüdrətini, gücünü göstərib öyünməyə prqramlanmış məxluqdur. Ona düşünmək, özünü azad hiss etmək üçün bir qədər uzaq məsafədə saxlamaqdan çəkinməyin. Aslan qəfəsdə aslan olmaqdan çıxır.

10.Həddən artıq bəzək düzək . Kişilər baxımlı xanımları sevirlər, lakin həddən artıq bəzənib , düzənən, bütün gününü gözəllik salonlarında itirən və ağlında fikrində bundan başqa bir şey olmayan qadın kişini ən çox 10 gün öz maraq dairəsində saxlaya bilər./biziminfo/

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница