16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Polis arvadına 15 dəfə atəş açıbmış... - VİDEO

Polis arvadına 15 dəfə atəş açıbmış... - VİDEO
Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.
MAY.AZ xəbər verir ki, ağır cinayət səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü polis şöbəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşı olub.
İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.
Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib. Qadın hadisə yerində keçinib.
Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin ''xüsusi amansızlıqla qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница