09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Rəşad Dağlı gecə toyda olub - VİDEO

Rəşad Dağlı gecə toyda olub - VİDEO
Tanınmış meyxanaçı Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni faktlar üzə çıxıb.


"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, meyxanaçı son olaraq dünən gecə "Monte Karlo" şadlıq evində keçirilən toyda iştirak edib.


Toyda Rəşad həmkarları ilə narkotik vasitələrin yayılması əleyhinə olan meyxanalar deyib. O, toydan çıxdıqdan sonra yaşadığı Yasamal rayonuna gedib və barəsində xoşagəlməz sözlər deyən qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi görüşə çağırıb. Rəşad Dağlı həmin şəxsi avtomobilinə əyləşdirərək Lökbatan qəsəbəsi istiqamətinə aparıb, məlum qətl baş verib. Bildirilir ki, İ.Mehdiyev əvvəllər dəfələrlə Rəşad Dağlıdan pul tələb edib. O, həmçinin meyxanaçı barədə bir neçə dəfə xoşagəlməz sözlər işlədib.


Hüquq-mühafizə orqanındakı mənbə bildirir ki, bir neçə gün əvvəl İ.Mehdiyev Rəşad Dağlının ünvanına "onu içəridə üzdəniraq kimi tanıyırlar" kimi ifadələr də işlədib. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş İ.Mehdiyev meyxanaçının ifasında səsləndirdiyi fikirlərə və sözlərə qarşı təhqirə yol verib. Rəşad Dağlının ötən gün iştirak etdiyi toydan videosunu təqdim edirik:


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница