16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı (VİDEO)

Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı (VİDEO)
Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı (VİDEO)


Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin 1-ci sinif şagirdi Nuray Quliyeva sinif rəhbəri tərəfindən döyülməsi məsələsini şəxsən araşdırıb.

Uşağın anası Xanım Əliyevanın BAKU.WS-ə verdiyi açıqlamaya görə, o dünən bu məsələ ilə bağlı Təhsil Nazirliyinə dəvət olunub.

"Nazir Ceyhun Bayramov məni qəbul etdi. İclasda nazirliyin bir neçə digər əməkdaşı da iştirak edirdi. Mənə bildirdilər ki, qızımla bağlı məsələ Nazirliyin diqqət mərkəzindədir. Bu gün isə məni qızımın təhsil aldığı 189-190 saylı ort məktəbə çağırdılar. Ceyhun müəllim nazirliyin digər əməkdaşı Sərxan müəllimlə hadisəni yerində araşdırmaq üçün məktəbə gəlmişdilər. Bərabər müşahidə kamerasının görüntülərini izlədik. Sinif rəhbəri Səyyarə müəllimənin qızıma xəsarət yetirdiyi görüntülərlə öz təsdiqini tapdı. Ən maraqlısı isə budur ki, mənim qızımla bağlı görüntüləri araşdırarkən Səyyarə müəllimənin digər uşaqları da döydüyü üzə çıxdı. Oktyabr ayında bir şagirdə sillə vurduğunun şahidi olduq.

O görüntülərdən sonra elə mənim yanımda müəlliməyə şiddətli töhmətlə işdən qovulmasına və ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmasına qərar verildi. Çox şadam ki, qızımın Əlifba bayramında Səyyarə müəllimə məktəbdə olmayacaq. Bir daha Təhsil Nazirliyinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, - deyə Xanım Əliyeva bildirib.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница