16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda universitetdən 42 tələbə qovuldu - VİDEO

Azərbaycanda universitetdən 42 tələbə qovuldu - VİDEO
Azərbaycanda universitetdən 42 tələbə qovuldu - VİDEO


Təfəkkür Universitetində bir neçə tələbə universitetdən qovulub. Səbəb onların təhsil haqqını vaxtında ödəməmələri olub. Təhsil Nazirliyindən isə bu vəziyyətdə qanunun tələblərinin pozulmadığı və bu məsələnin universitetin daxili işi olduğunu bildirilib.

Sosial şəbəkələrdə və xəbər saytlarında Təfəkkür Universitetində oxuyan 42 tələbənin qovulması xəbəri yayılıb.

Milli.Az bildirir ki, universitetdə oxuyan həmin tələbələrdən bir qisminin "Xəzər Xəbər"ə verdiyi məlumata görə, onların qovulmasına səbəb imtahan kəsirlərinin olması və təhsil haqqını vaxtında ödəməmələri olub.

Məsələ ilə bağlı Universitetin Tədris Metodika İdarəsinin rəisi İlham Musayev deyir ki, tələbələr imtahan kəsiri olduğuna görə universitetdən xaric edilməyiblər..

Belə vəziyyətdə də tələbələr bir semestr boyunca dərslərdə iştirak etmədikləri üçün həmin dərsləri yenidən keçməli olacaqlar.

Əgər tələbə universitetdən xaric olunduqdan sonra hərbi xidmətə getsə, o, xidmətini başa vurduqdan sonra təhsil haqqını ödəmək şərtilə təhsilini davam etdirə bilər.

Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin şöbə müdiri Cəsarət Valehov bu addımın universitetin daxili işi olduğunu və problemin ali məktəbin daxili əsasnaməsi ilə tənzimləndiyini deyib.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница