18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

"iPhone"da bu tətbiqi yükləmək olmayacaq

"iPhone"da bu tətbiqi yükləmək olmayacaq

"Apple" şirkəti bir vaxtlar "iPhone" istifadəçilərinin sevimlisi olan tətbiqin fəaliyyətini dayandırıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, söhbət "Clips" tətbiqindən gedir.

Məlumata görə, artıq bu tətbiqi "App store"dan yükləmək mümkün deyil və o, yeniləmə almayacaq. Şirkət tərəfindən bu qərar oktyabrın 10-da verilib. "iPhone"da bu tətbiqi yükləmək olmayacaq

Belə ki, "Apple" 2017-ci ildə "hər kəs üçün praktik video studiyası" şüarı ilə təqdim etdiyi "Clips" tətbiqini istifadəçilərin qısa videolar vasitəsilə yaradıcılıqlarını nümayiş etdirmələri üçün hazırlamışdı.

Tətbiq qısa videolar çəkməyə, mətn, musiqi, emoji və filtrlər əlavə etməyə imkan verirdi. Lakin "TikTok", "Instagram Reels" və "YouTube Shorts" kimi platformaların yüksəlişi ilə birlikdə "Clips"in populyarlığı tədricən azalmağa başladı.

Amma daha əvvəl bu tətbiqi yükləyənlər istifadə etməyə davam edə biləcəklər. Hətta "App Store"dakı "Alınanlar" bölməsindən tətbiqi yenidən yükləmək də mümkündür. Lakin növbəti sistem yeniləməsində tətbiq işləməyəcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница