08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var

"iPhone" üçün "WhatsApp"ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya təqdim edilib.

Oxu.Az "WABetaInfo"ya istinadən xəbər verir ki, yenilik "WhatsApp"ın "iOS" üçün "24.15.10.70" nömrəli beta versiyasında müşahidə edilib və onu "TestFlight"da yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər mesencerin "Android" sınaq versiyasında müşahidə edilib. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən "Android" versiyasından fərqli olaraq, "iOS" versiyası faylları paylaşmaq üçün QR-kodu skanerdən keçirmək tələb olunur.

Yeniliyin internet bağlantısı qeyri-sabit və ya bahalı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcəyi ehtimal olunur.

Bu funksiya "Android" və "iOS"da mövcud olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ ilkin mərhələdədir, ona görə də onun mesencerdə istifadəyə verilmə tarixi açıqlanmayıb.

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница