08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq

Yaponiya dünyanın ilk taxta peykini orbitə buraxacaq
Kioto Universitetinin yaponiyalı alimləri dünyanın ilk taxta kosmik peyki olan "LignoSat"ı yaradıblar.


"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.


"LignoSat" Beynəlxalq Kosmik Stansiyada (BKS) il boyu aparılmış sınaqlarda üstün sabitlik və çatlara davamlılıq nümayiş etdirən maqnoliya ağacından hazırlanıb.


Yaradıcıların fikrincə, taxta zond iki problemi həll etməlidir – resurslara qənaət və ətraf mühitə təsirin azaldılması.


"Bütün peyklər Yer atmosferinə yenidən daxil olduqda yanır və uzun illər atmosferin yuxarı qatında üzəcək kiçik alüminium oksid hissəcikləri yaradır. Bu, yekunda Yerin ətraf mühitinə təsir göstərəcək", – yaponiyalı astronavt və Kioto Universitetinin aerokosmik mühəndisi Takao Doi xəbərdarlıq edib.


"LignoSat" 2024-cü ilin yayında orbitə buraxılmalıdır. O, oraya BKS-in təchizat gəmisi "Orbital Sciences Cygnus" və ya "SpaceX Dragon" raketi ilə çatdırılacaq.


Zondun yaradıcıları taxta peykin Yerə yaxın kosmosda ən azı altı ay qalacağını gözləyirlər.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница