Воскресенье
май 07

"Gmail"də gələn məktublarla reklamlar qarışdırılmağa başlanılıb

"Google" şirkəti "Gmail" poçt xidmətində gələn məktublar adı altında reklamlar yerləşdirməyə, onu mesajlarla qarışdırmağa başlayıb.
"Report" "Neowin" portalına istinadən xəbər verir ki, "Gmail" "Gələnlər"də banner reklamları göstərməyə başlayıb.
Onlar adi məktubları təqlid etsələr də, eyni zamanda kiçik bir "Ad" (ingilis dilindən tərcümədə - "reklam") lövhəciyi ilə qeyd olunurlar. Reklamlar həm kompüterlərdə, həm də smartfonlarda görünür.
İstifadəçilərin kütləvi şikayəti fonunda şirkət hələlik vəziyyətlə bağlı şərh verməyib.

Комментарии (0)

Оставить комментарий