18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

"WhatsApp"ın yenilənməsi onu tamamilə fərqli tətbiqə çevirdi

"WhatsApp"ın yenilənməsi onu tamamilə fərqli tətbiqə çevirdi
"WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün yeni proqram təqdim edib.
Belə ki, artıq "WhatsApp" "Zoom"la rəqabət apara biləcək, çünki bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan iştirak edə bilər.
"Windows" üçün yeni proqramı onu daha çox "WhatsApp"ın mobil analoquna bənzədib.
Yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o deməkdir ki, hətta telefonunuz olmadan da "Windows"da "WhatsApp"dan istifadə etməyə davam edə bilərsiniz.
Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi xüsusiyyətlər də mövcuddur.
Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində tamamilə yeni bir tətbiqə çevirib.
"WhatsApp" qurucularından verilən məlumata görə, zaman keçdikcə videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də aradan götürüləcək. (Oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница