Operativ xəbər portalı!

Dili seçin

Almaniya "Telegram"ı 55 milyon avro cərimələyə bilər

Almaniya "Telegram"ı 55 milyon avro cərimələyə bilər

Almaniyada "Telegram" messencerini dövlət xidmətləri ilə əlaqə quracaq əlaqəli şəxsin olmaması və qanuna zidd məzmuna qarşı mübarizə üçün lazımi tədbirlərin görülməməsi səbəbindən 55 mln. avroyadək cərimə oluna bilər.

May.az xəbər verir ki, bu barədə " Spiegel" nəşri yazır.

Məlumata görə, Almaniyanın Federal Ədliyyə Nazirliyi "Telegram"dan qanuna tabe olmasını, platformanın ölkə hökuməti üçün əlçatan olmasını, cinayət məzmununu dərhal silməsini və istifadəçi məlumatlarını istintaqçılara aktiv şəkildə ötürməsini tələb edir.


Яндекс.Метрика MobTop.az