16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Telegram-da çoxdan gözlənilən YENİLİK

Telegram-da çoxdan gözlənilən YENİLİK
Telegram tərtibatçıları messencerin imkanlarını genişləndirməkdə davam edirlər. Belə ki, Telegram-ın yeni beta versiyasına heç gözlənilmədən qrup audiozəngləri əlavə edilib. Bu isə öz növbəsində Telegram-ı universal servisə çevrir. Bu barədə 4pda saytı xəbə verib. Qrup audiozəngləri funksiyası Telegram-ın 7.3 versiyasına əlavə edilib. Bu versiya hal hazırda Telegram-ın Android üçün beta versiyası kimi çıxış edir. Məlumata əsasən qrup zənglərini yalnız çatın admini yerinə yetirə bilər. Bunun üçün çat yaradıcısı adminə lazımi hüquqları verməlidir.
Qrup zənglərinin reallaşdırılmasından öncə admin mikrofonun bütün istifadəçilər üçün yoxsa yalnız qrup adminləri üçün aktivləşdirilməsi üzrə seçimə sahib olacaq. Lakin seçimi hətta qrup audizənginin gedişatında da etmək olar. Lazım olduğu halda çat admini qrup videozənginə əlavə istifadəçini daxil edə bilər. Bununla yanaşı qrup audiozəngi zamanı iştirakçıların siyahısına baxmaq və istənilən zaman audiozəngi tərk etmək olar. Yeni funksiyanın Telegram-ın stabil versiyasına nə zaman əlavə ediləcəyi barəsində bir məlumat yoxdur. Həmçinin messencerdə qrup videozənglərinin də nə zaman istifadəyə veriləcəyi bilinmir. /Milli.Az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница