Понедельник
фев 17

“Azercell” mobil internet istifadəçiləri üçün endirim təklif edir

“Azercell” mobil internet istifadəçiləri üçün endirim təklif edir


Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" MMC Mobil İnternet istifadəçiləri üçün endirim etdi. İndi Azercell abunəçiləri internetdən daha sərfəli şərtlərlə istifadə edəcəklər.

Belə ki, 19 noyabr tarixindən etibarən abunəçilər 1GB Data paketini əldə etmək üçün 10 AZN deyil, 6 AZN ödəyəcəklər. Şirkət yeni sərfəli Data paketlərini də istifadəyə verib. Artıq internet istifadəçiləri 3GB paketini 12 AZN-ə, 9GB paketini 18 AZN-ə, 18GB paketini isə 24 AZN qiymətinə sifariş edəcəklər.

Eyni zamanda "Tələbə 1-liyi" tarif paketi abunəçiləri üçün bütün paketler üzrə 20% endirim tətbiq ediləcək. İnternet paketindən istifadə müddəti Fakturalı xətt abunəçiləri üçün - 1 faktura dövrü,SimSim abunəçiləri üçün - 30 gündür.İnternet paketlərindən yararlanmaq üçün müvafiq açar sözünü seçib 2525-ə göndərmək lazımdır.


















































İnternet paket



Açar sözü



Paketin qiyməti






30 MB



30



1 AZN



100 MB



100



2 AZN



300 MB



300



3 AZN



1 GB



1000



6 AZN



3 GB



3000



12 AZN



9 GB



9000



18 AZN



18 GB



18000



24 AZN




Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir.

2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Комментарии (0)

Оставить комментарий