09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Mahir Emreli İsveçlə görüşdən sonra gözyaşlarını saxlaya bilməyib

Mahir Emreli İsveçlə görüşdən sonra gözyaşlarını saxlaya bilməyib

Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun hücumçusu Mahir Emreli ötən gecə UEFA Millətlər Liqasının son oyununda İsveçlə görüşdə seçmə komandamızın 0:6 hesablı məğlubiyyətindən sonra gözyaşlarını saxlaya bilməyib.

May.Az xəbər verir ki, Mahir Emreli görüş sonrası jurnalistlərin suallarını cavablandırarkən ağlayıb.

O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

"Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura bildik, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm", - deyə M.Emreli bildirib.

Qeyd edək ki, İsveçlə görüşdə 0:6 hesabı ilə məğlub olan Azərbaycan millisi C Liqasındakı mübarizəsini dayandırıb. Seçmə komandamız bundan sonra D Liqasında çıxış edəcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница