İdman

Erlinq Holand ilkə imza atdı

Поделиться:

Ötən gün İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Vest Hem" - "Mançester Siti" qarşılaşmasında qonaqlar 1:3 hesabı ilə qalib gəliblər.

Oxu.Az Championat.com-a istinadən xəbər verir ki, "Mançester Siti"nin ulduzu norveçli hücumçu Erlinq Holand bu görüşdə üç qol vuraraq, 21-ci əsr Premyer Liqa tarixində komandanın ilk üç start matçında iki het-trik edən ilk futbolçu olub.

Haaland əvvəlki het-trikini bir tur əvvəl edib. Norveçli "İpsviç"in qapısına üç dəqiq zərbə endirib və matç 4:1 hesabı ilə "Mançester Siti"nin xeyrinə başa çatıb. Qeyd edək ki, Premyer Liqanın ilk üç oyununda iki het-trik edən ilk oyunçu 1994/1995 mövsümündə "Bredford"lu Paul Cuell olub.

Xatırladaq ki, Holand 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli "şəhərlilər"in heyətində bütün yarışlarda 102 matçda iştirak edib, 97 qol vurub və 14 məhsuldar ötürmə edib.


Təqvim

«    sentyabr 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlərə abunə olun!
Мы не спамим
Яндекс.Метрика