16 
июля
2024
08:42
262
53
6
Virtual karabakh

Konor Makqreqor mərcdə milyon dollar qazandı

16 июля, 2024
08:42
6

Konor Makqreqor mərcdə milyon dollar qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor 2024-cü il Avropa Futbol Çempionatında İspaniya milli komandasının qələbəsi sayəsində bir milyon avro qazandığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Bankda daha bir milyon avro! İspaniya avronu qazandı! Ad günüm üçün bir milyon!" - Makqreqor "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.

Xatırladaq ki, final matçında İspaniya yığması İngiltərə seçməsinə 2:1 hesabı ilə qalib gəlib.


Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri