18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Olimpiya çempionumuz Toğrul Əsgərov Türkmənistanı təmsil edəcək - İDDİA

Olimpiya çempionumuz Toğrul Əsgərov Türkmənistanı təmsil edəcək - İDDİA
Olimpiya çempionumuz Toğrul Əsgərov Türkmənistanı təmsil edəcək - İDDİA


Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasının şərəfini qoruyacağına dair iddia ortaya atılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı pəhləvana məxsus "Facebook" səhifəsi vasitəsilə paylaşım edilib.

Həmin paylaşımda "Azərbaycan üçün böyük itki: Toğrul Əsgərov artıq Türkmənistan yığmasında çıxış edəcək" yazılıb. İdmançının özü isə dünya çempionu Hacı Əliyevlə birgə həqiqətən də Türkmənistanda olduğunu bildirən şəkil paylaşıb.

Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov "Report"a bildirib ki, hər iki sərbəst güləşçi Türkmənistan Güləş Federasiyasının tədbirinə dəvət aldıqları üçün Aşqabadda olub. Lakin F.Umudov T.Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyinə inanmadığını bildirib: "Bu gün Toğrul İstanbula əməliyyat olunmağa yollanıb. Bakıya qayıdandan sonra özü ilə danışacağıq. İnanmıram ki, belə bir qərar versin. O, gözümüzün qarşısında yetişib. Əsgərovu heç yerə buraxmayacağıq".

H.Əliyev isə "Report"a açıqlamasında T.Əsgərovun Türkmənistandan təklif aldığını təsdiqləyib: "Mənə yox, Toğrula təklif oldu. Onun təklifi qəbul edib-etmədiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Özü Bakıya sabah qayıdacaq. Əsgərovdan soruşarsınız, hər şeyi deyər".

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub. Ötən ay onun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb və 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница