08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama

Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama

"Qurbağa əti kimi qidaların menyulara daxil edilməsinin 3 əsas əlaməti var - iqlim şərtləri, iqlimdən doğan etnoqrafik vərdişlər və qida ənənələri".

"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Qastro Turizm bölümünün rəhbəri Səkinə Əsgərova deyib.

Səkinə Əsgərova son zamanlarda ölkədəki restoranlarda qurbağa ətinin verilməsini şərh edərkən bildirib ki, bu kimi qidaların restoranlarda təklif edilməsi texnologiya ilə bağlıdır: "Ənənəvi qastronomika artıq dəyişib. Bu da aşpazların trendləridir. Qurbağa əti bir çox ölkələrin milli mətbəxidir. Lakin burada iqlim əsas şərtdir. Eyni zamanda genetik uyğunluq və davamlılıq da önəmlidir.Tələbata uyğun olaraq restoranlar məmnunluğu təmin edir".

Xatırladaq ki, həkimlərin fikrincə, qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница