16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Pele: Maradona kimi dostları itirmək kədərlidir

Pele: Maradona kimi dostları itirmək kədərlidir
Pele: Maradona kimi dostları itirmək kədərlidir


Dieqo Maradona
"Futbol kralı" Pele əfsanəvi futbolçu Maradonanın ölümünə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Pele "Reuters"ə açıqlamasında deyib.

"Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu harada isə səmada təpikləyəcəyik”, - Pele qeyd edib.

Qeyd edək ki, futbolsevərlər, idman azarkeşləri, habelə bu sahənin mütəxəssisləri məhz onların arasında bütün vaxtların ən yaxşı futbolçusunu aşkar etməyə çalışaraq braziliyalı ilə Maradonanı daim müqayisə edirdilər.

Dieqo Maradona bu gün 60 yaşında ürək tutmasından ölüb.

Maradona "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Arqentina milli komandasına başçılıq edib.

Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница